!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu yolda ödənişli parklanma təşkil olunacaq

!Reklam – Yazi

Parklanmaya olan tələbatdan asılı olaraq Bakı şəhərin müəyyən hissələri Mərkəz, 1-ci, 2-ci, 3-cü və 4-cü zonalara bölünüb.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Yenicag.az-a bildirilib.
Hazırda Əhməd Rəcəbli küçəsi və ona bitişik ərazilərdə ödənişli parklanma yerlərinin təşkili ilə bağlı işlər mərhələli qaydada həyata keçirilir. Yol nişanları və məlumat lövhələrinin quraşdırıldığı ərazilərdə artıq xidmət aktivdir. Sürücülər mobil tətbiq və sms vasitəsilə parklanmaya görə ödənişlərini edə bilirlər.

Qeyd edək ki, infrastruktur təşkil edilməyən ərazilərdə isə parklanmaya görə sürücülərdən pul tələbi qanunsuzdur. Sürücülərə qanunsuz ödənişlər etməməyi tövsiyə edirik.

Parklanmanın düzgün idarəedilməsi şəhər yollarında xaosun qarşısını alır və küçələrin daha effektiv, rahat və təhlükəsiz olmasına, həmçinin bütün növ nəqliyyat vasitəsi sahiblərinə şəhərin ərazisindən effektiv istifadə etməyə imkan yaradır./referans

www.yenicag.az

117
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv