!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bu yolun bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir" - Ağacanyan

!Reklam – Yazi

“Yuxarı Lars keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir”.

Yenicag.az xəbər verir ki, bunu Ermənistanın iri nəqliyyat-logistika şirkəti “Apaven”in direktoru Qaqik Ağacanyan deyib.

“Yuxarı Lars keçid məntəqəsini sadəcə keçid məntəqəsi hesab etmək olmaz, bu, simvoldur. Yuxarı Lars keçid məntəqəsinin bağlanması Ermənistan-Rusiya münasibətlərinin sonu deməkdir. Axı başqa yerlərdə çətin tapılan mallar Ermənistana Rusiyadan gəlir.

Ermənistanda taxıl haradan gəlir? Biz 400 min ton buğda idxal edirik ki, bunun da əhəmiyyətli hissəsi Rusiyadan gətirilir. Sahibkarlar öz mallarını harada satırdılar? Rusiyada”, – Ağacanyan bildirib.

Ermənistan hakimiyyətini xarici siyasət vektoruna görə, Rusiyanın erməni məhsullarında problemlərin müəyyənləşdirilməsi istiqamətində atdığı addımlar onu təəccübləndirməyib.

“Baş verənləri başqa ölkələrin timsalında gördük. Türk pomidoru və gürcü mallarının idxalına qadağa qoyuldu. Belə addımların atılacağı bəlli idi.

Sabah qazın qiyməti qalxa bilər. Biz ya buna hazır olmalıyıq, ya da yarana biləcək vəziyyətdən çıxış yollarını axtarmalıyıq.

Biz məhsullarımızın satış bazarının şaxələndirilməsinin əleyhinə deyilik, baxmayaraq ki, indi də ixrac təkcə Rusiyaya deyil. Digər tərəfdən, heç kimin məhsulunuz haqqında heç nə bilmədiyi bazarlara daxil olmaq çox çətindir.

Eyni zamanda məhsullar Rusiyaya ixrac edilir və bunun reklamI üçün pul xərcləmək lazım deyil. Bu malları Rusiyada satmaq üçün təkcə “erməni əriyi” və ya “erməni konyakı” brendi kifayətdir.

İndi bu konyakı Çinə göndərməyə çalışın. Əhalisi 10 dəfə az olan Rusiyadakı kimi heç vaxt orada eyni həcmdə satılmayacaq”, – deyə şirkət rəhbəri izah edib.

Xuraman Etibarlı

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv