!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bu, Zəngəzur dəhlizinin reallaşması yolunda işlərin aparılması deməkdir” - ŞƏRH

!Reklam – Yazi

“Brüssel görüşündə hər iki tərəf Ümumdünya Gömrük Təşkilatından dəstək alınması ilə bağlı razılığa gəlib. Bu isə Zəngəzur dəhlizinin reallaşması yolunda işlərin aparılması deməkdir”.

Bunu Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün Vaşinqton, Brüssel və Moskva görüşlərinin sonda hansı nəticəni verəcəyindən danışan politoloq Elşad Həsənov Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, Ermənistanla Azərbaycan arasında sülhə nail olmaq üçün Vaşinqton və Brüsseldə keçirilən görüşlərdə iki ölkə arasında müəyyən məsələlərdə razılıq əldə olunub:

“Delimitasiya və demarkasiya məsələlərinin həll olunması, kommunikasiyaların açılması yönündə iki ölkə arasında danışıqlar aparılıb. Brüssel görüşündən sonra Şarl Mişelin mediaya verdiyi açıqlamasından proseslərin müsbətə doğru irəlilədiyini sezmək olur.
Brüssel görüşündə liderlər Ermənistanın 29.8 min kv/km, Azərbaycanın isə 86.6 min kv/km ərazisinin toxunulmazlığını təsdiq edib. Həmçinin kommunikasiya xəttlərinin bərpası üçün də fikir mübadiləsi aparılıb. Bu işdə hər iki tərəf Ümumdünya Gömrük Təşkilatından dəstək alınması ilə bağlı razılığa gəlib. Bu isə Zəngəzur dəhlizinin reallaşması yolunda işlərin aparılması deməkdir.

Vaşinqton və Brüssel görüşlərindən sonra Moskvada Ermənistan-Azərbaycan liderlərinin danışıqları gözlənilir. Danışıqların bir masada keçirilməməsi, Avropanın və ABŞ-nin Ermənistan-Azərbaycan arasında sülhə nail olmaq üçün atdığı ciddi addımlar güman edirəm ki, ilin sonuna qədər müqavilənin imzalanmasına səbəb olar”.

Nəsimi Ələsgərli

www.yenicag.az

557
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv