!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bu zinət əşyalarının alqı-satqısı nağdsız həyata keçiriləcək

!Reklam – Yazi

Azərbaycanda ümumi məbləği 15 min manatdan çox olan qiymətli daşlardan hazırlanan məmulatların alqı-satqısı nağdsız həyata keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanuna edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği on beş min manatdan artıq olan ödənişlər “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan qanununa uyğun olaraq yalnız nağdsız qaydada həyata keçiriləcək.

www.yenicag.az

185
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv