Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Budapeştdə Zəfər Günü qeyd edildi - FOTOLAR

Macarıstanın paytaxtı Budapeşt şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsindəki Qələbəsi münasibətilə gəmidə Zəfər Günü adlı tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Yenicag.az-a verilən mənlumata görə, Budapeştdə yerləşən Azərbaycan Evinin təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə keçirilən tədbirdə Macarıstanda yaşayan soydaşlarımız, Azərbaycanın Macarıstandakı səfirliyimizin əməkdaşları, yerli QHT və media nümayəndələri, Macarıstanda fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

Tədbirin rəsmi hissəsində 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Macarıstanın Dövlət himnləri səsləndirilib.

Budapeştdə yerləşən Azərbaycan Evinin rəhbəri İbrahim Səfərli çıxış edərək, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun qəhrəmanlıqları və Zəfər Gününün önəmi haqqında tədbir iştirakçılarına məlumat verib.

Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Gülmira Vəliyeva çıxış edərək, komitə rəhbərliyinin təbriklərini tədbir iştirakçılarına çatdırıb.

Tədbirin bədii hissəsində Günel Ələkbərova pianoda, Elnur Namazov isə gitarada bir-birindən fərqli əsərlər ifa ediblər.

Bədii hissədən sonra sahildə dayanan gəmi Dunay çayı boyu hərəkət etməyə başlayıb və qonaqlar üçün xüsusi hazırlanmış ziyafət təqdim edilib.

Tədbir zamanı Budapeştdəki Azərbaycan Evinin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid və qazi olmuş həmvətənlərimizin ailə üzvlərinə dəstək olmaq məqsədilə “YAŞAT” Fonduna ianələr də toplanıb.

www.yenicag.az

215
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100