!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Büdcə müzakirələrində təkliflərin nəzərə alınmaması o deməkdir ki...” – REAKSİYA

!Reklam – Yazi

“Hökumətin təqdim etdiyi büdcə layihəsi ya olduğu kimi, ya da çox cüzi dəyişikliklə qəbul olunub”.

Bu fikirləri Milli Məclisdə 2022-ci il dövlət büdcəsi ilə bağlı müzakirələrin gedişini dəyərləndirən Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, büdcə müzakirələrinin səmərəli və işgüzar keçdiyini söyləmək çətindir:

“Məsələ belədir ki, biz indiyə kimi Milli Məclisin büdcə müzakirələrini dəfələrlə izləmişik. Amma həmin müzakirələrin yekununda büdcəyə yönəlik təkliflərin nəzərə alındığını görməmişik.

Yəni hökumətin təqdim etdiyi büdcə layihəsi ya olduğu kimi, ya da çox cüzi dəyişikliklə qəbul olunub. Ona görə də o müzakirələri səmərəli, işgüzar adlandırmaq çətindir. Bu, sadəcə olaraq, hökumətin hazırladığı layihənin parlamentdə təsdiqlənməsi prosesidir.

Amma iş ondadır ki, hökumət həm ötən illərdə, həm də indi dövlət büdcəsinin sosialyönümlü olmasının vacibliyini bildirirdi. Lakin buna baxmayaraq, müəllim və həkimlərin maaşları, pensiyaların məbləği hələ də çox aşağıdır.

Digər tərəfdən, təsəvvür edin ki, elm və təhsilə ayrılan pullar büdcənin heç bir faizi də deyil. Təkliflərin nəzərə alınmaması isə o deməkdir ki, deputatların özləri də büdcə müzakirələrinə formal prosedur kimi baxırlar”.

A.Zeynalov

www.yenicag.az

617
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv