!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Büdcə vəsaitini mənimsəyən direktor cinayət işi məhkəməyə göndərildi

!Reklam – Yazi

Naftalan şəhər uşaq musiqi məktəbinin direktoru Almaz Əliyevanın qanunsuz hərəkətləri ilə bağlı rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Goranboy Rayon Prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, toplanmış sübutlarla Almaz Əliyevanın həmin vəzifədə işlədiyi dövrdə qulluq mövqeyindən istifadə edərək məktəbin ayrı-ayrı müəllimlərinə əsassız əməkhaqqı hesablanıb ödənilməsinə nail olmaqla xeyli miqdarda büdcə vəsaitini israf etməsinə əsaslı şübhələr müəyyən edilib.

Almaz Əliyevaya Cinayət Məcəlləsinin 179.2.3 və 179.2.4 (qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla israf etmə) maddələri ilə yekun ittiham elan edilərək cinayət işi baxılması üçün Naftalan şəhər məhkəməsinə göndərilib.

www.yenicag.az

229
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv