!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Büdcəni talamaq üçün marığa yatmış aktiv akademşəbəkə üzvlərinə..." - REAKSİYA

!Reklam – Yazi

“Tüğyan edən saxta alimizm dövlətimiz üçün böyük təhlükədir”.

Yenicag.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin istefası fonunda AMEA-dakı durumu dəyərləndirən Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasov deyib.

Professor qeyd edib ki, qurumun hazırkı statusu ləğv olunmalıdır:

“Təkcə akademiyanın timsalında bunu sübut etməyə hazıram. Qurumun hazırkı statusu ləğv edilməlidir. Onun İdrisə, Həsənə, Hüseynə, Tükəzə, ya İsaya, Misirə, Rasimə, Gövhərə, yaxud büdcəni talamaq üçün marığa yatmış aktiv və passiv akademşəbəkə üzvlərinə yox, məhz dövlətə faydası olub-olmaması araşdırılmalıdır.

Aydın olacaq ki, akademiya işçilərinin 75-90 faizi işləməyib həmin maaşı dövlətdən müavinət şəklində alsalar, həm elmimizə vurulan ziyanın faizi azalar, həm büdcəyə qənaət olar (əlavə təsərrüfat və kommunal xərcləri, mənimsənilən milyonlar və digər sui-istifadələr), həm də sosial dövlət kimi Azərbaycan dünyada nümunəvi müsbət imic qazanar”.

www.yenicag.az

560
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv