Reklam

Reklam

“Yuventus”un qapıçısı Canluici Buffon atdığı alicənab addımla diqqət mərkəzinə düşüb.

Yenicag.az xəbər verir ki, o, “Fiorentina”nın 31 yaşında vəfat edən kapitanı Davide Astorinin dəfnində iştirak etmək üçün fədakar hərəkət edib.

Yazıda bildirilib: “Demə, ötən həftə Buffon və “Yuventus”un baş məşqçisi Massilimiano Alleqri Çempionlar Liqasında “Tottenhem” üzərində qələbədən dərhal sonra Davide Astorinin vida mərasiminə çata bilmək üçün Londondan Florensiyaya xüsusi təyyarə reysinin xərcini ödəyiblər.

“Uembli”dəki gözəl qələbədən sonra paltardəyişmə otağına daxil olan Buffon komanda yoldaşlarına deyib: “Sabah Davide ilə vidalaşa bilmək üçün bizi Florensiyaya çatdıracaq xüsusi təyyarə tapmışıq. Kim bizimlə getmək istəyirsə, səhər saat 4:30-da otelin lobbisinə ensin. Amma bugünkü gərgin oyundan sonra yorğun olanları və yatmaq istəyənləri də yaxşı anlayıram”.

Səhər saat 5-in yarısında otelin birinci mərtəbəsinə komandanın, demək olar ki, bütün heyəti toplaşıb. Amma təyyarə kiçik olduğundan Florensiyaya cəmi 9 nəfər uça bilib: Alleqri, Buffon, Kyellini, Pyaniç, Bardzalyi, Benatiya, Markizio, Ruqani və baş məşqçinin köməkçisi Marko Landuççi. Zədəli olduğu üçün Londona yollanmayan Federiko Bernardeski də Florensiyada onlara qoşulub.

Polis “Yuventus”un məşqçilərinə və futbolçularına mərasimin keçirildiyi “Santa-Kroçe” məbədinə arxa qapıdan daxil olmağı təklif etsə də, Buffon bunu qəbul etməyib. Canluici komanda yoldaşlarını da şəhər meydanına gəlməyə, “Yuventus”un ağır gündə Florensiya sakinləri ilə birgə olduqlarını və onları dəstəklədiklərini nümayiş etdirməyə səsləyib”.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2106
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."

    ×

    Reklam 7 saniyədən sonra bağlanacaq.