!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buğda qiymətində KƏSKİN artım

!Reklam – Yazi

Bu gün ABŞ birjalarında bir buşel buğdanın qiyməti 387 dollar olmaqla son 14 ilin ən yüksək səviyyəsinə çatıb. İndiyə qədər buğda ən yüksək qiymətə 2008-ci ilin fevralında satılıb. Həmin tarixdə buğdanın qiyməti 395 dollar idi.

Yenicag.az bildirir ki, ABŞ bazarı ilə bərabər Rusiya bazarında buğdanın qiyməti artır. Bu gün Rusiyada buğdanın bir tonunun qiyməti 15 dollar artaraq 375 dollara çatıb.

Buğdanın bahalaşması Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır. Hər iki ölkə dünyada ən çox buğda ixrac edən 5 ölkədən biridir. Rusiya ötən il 33 milyon ton ixrac həyata keçirməklə dünyada ən çox buğda satan ölkə ünvanını qazanıb. Ukrayna isə 17 milyon ton buğda ixrac etməklə 5-ci sıradadır.

Müharibə və sanksiyalarla əlaqədar olaraq hər iki ölkə ixracda çətinlik var. Bu vəziyyət dünyada buğda qiymətlərinin yüksəlməsinə səbəb olur.

www.yenicag.az

493
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv