!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bugünkü intiharların əksəriyyəti nümayişkar xarakterlidir" - Psixoloq rəyi

!Reklam – Yazi

“İntiharın artması sosial müdafiə cəhətdən ciddi təhlükədir”.

Bu sözləri intihar hallarının sürətlə artmasına təkan verən amilləri dəyərləndirən psixoloq İlahə Dadaşova Yenicag.az-a açıqlamasında deyib.

Psixoloqa görə, intihar xəbərlərinin geniş yayımlanması insanların marağına səbəb olur. Ona görə də problemi olan əksər insanlar çıxış yolunu intiharda görürlər:

İntihar ümumilikdə sosial, psixoloji və psixiatrik sahələri əhatə edir. İntiharın kökündə daha çox psixoloji problemlər, sosial və iqtisadi məsələlər dayanır. Son zamanlar intihar hadisələrinin artmasının başlıca səbəbi mediada sürətli şəkildə işıqlandırılmasıdır. Hər hansısa intihar hadisəsinin səbəbi araşdırılmadan intihar edən şəxsin mesajları paylaşılır və ya haqqında hansısa qısa məlumat verilir. Bu, intihara meylli olan insanlara bir təkan verir. Əvvəllər intihar hadisəsi mediada işıqlandırılmırdı, hətta araşdırma da qapalı şəkildə aparılırdı. Yəni mediaya xüsusi məlumat verilmirdi və işıqlandırılması qadağan idi. Ona görə də insanlar intiharın olmadığını düşünürdülər və ilk olmaqdan çəkinirdilər. Çünki əksər insanlar ilk olmaqdan, qınaq obyekti olmaqdan qorxur. Nəticədə şəxs problemin həlli üçün başqa yollar axtarmağa başlayır.

Bu gün mediada intihar xəbərlərinə geniş yer verilməsi insanlarda mənfi siqnal yaradır ki, çıxış yolu kimi intihara əl atmaq olar. Ona görə də mediada maarifləndirici məlumatlar daha çox yayımlanmalı və mənfi tərəfləri aşılanmalıdır. İntiharın bir çıxış yolu olmadığı ictimaiyyətə çatdırılmalıdır. İntiharın artması sosial müdafiə cəhətdən ciddi təhlükədir. Təəssüf ki, bugünkü intiharların əksəriyyəti nümayişkar xarakter daşıyır. Hansı ki, onlar sadəcə intihara cəhd edirlər. Sadəcə təhlükəsizlik qaydalarına əməl etmədikdə, cəhdləri ölümlə nəticələnir. Çünki əksər insanlar intihara cəhd etməklə probleminin həllinə çalışır. Bütün hallarda intihara cəhd edən şəxslərə psixoloji yardım göstərilməlidir”.

Gülşən Şərif

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv