!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bullinq hallarında özünümüdafiə BACARIĞI: “Yeniyetmələr gözlənilməz təhlükə anında...”

!Reklam – Yazi

“Hər bir şəxs psixoloji baxımdan nə etməli, necə davranmalı, necə çıxış yolu tapmalı olduğunu bilməlidir”.

Bu fikirləri son dövrlər yeniyetmələr arasında artan bullinq hallarında zorakılığa məruz qalan tərəfin özünü müdafiə etməsinin zəruriliyi haqda danışan ekspert Elmar Nurəliyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yeniyetmələr gözlənilməz təhlükə halında özünümüdafiə bacarıqlarına malik olmalıdırlar:

“Yaşından, çalışdığı peşədən asılı olmayaraq, hər bir şəxs bütün gözlənilməz təhlükə risklərinə qarşı mənəvi və psixoloji cəhətdən hazır olmalıdır. Yeniyetmələrlə bağlı əsas məsuliyyət valideynlərin üzərinə düşür. Valideynlər övladlarının özlərinə inamlı yetişmələrinə şərait yaratmalıdırlar. Övladlarının buna praktik hazırlığı üçün nə etməli olduğunu planlamasını valideynlər təşkil etməlidirlər.

Əlbəttə, özgüvənli olan yeniyetmə düşdüyü bütün stuasiyalarda doğru qərar vermək iqtidarında olacaq. Valideynlər övladlarına sağlam həyat tərzi sürməyi, pis vərdişlərdən uzaq olmağı aşılamalıdırlar. Yeniyetmələr gözlənilməz təhlükə anında nə edəcəyini, necə davranacağını bilməli, idmanın özünümüdafiə bacarıqlarına sahib olmalıdırlar.

Valideynlər belə halları öncədən düşünməli, tədbirlərini buna görə müəyyənləşdirməlidirlər ki, uşaqlar belə təhlükələrdən mümkün qədər yan keçə bilsinlər. Son baş verən bullinq hadisələrinə baxsaq, həmin hərəkətləri hər hansı özünümüdafiə bacarıqlarına malik olan yeniyetməyə qarşı edə bilərdilərmi? Təbii ki yox!

Həmin vəziyyətdə bullinqə məruz qalmış gənc özgüvənli olduğuna görə qarşı tərəfin önündə aciz və qorxmuş halda dayanmayacaq, əksinə, həmin situasiyada çıxış yolunu tapa biləcək. Burada söhbət kimisə döyməkdən yox, özünü müdafiədən gedir. Hər bir şəxs psixoloji baxımdan nə etməli, necə davranmalı, necə çıxış yolu tapmalı olduğunu bilməlidir. Bu sahədə maarifləndirmə işinin aparılması mütləqdir”.

İsmayıl Bakuvi

www.yenicag.az

416
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv