Bulvarda intihar: Əvvəlcə özünü bıçaqladı, sonra dənizə tullandı

Dənizkənarı Bulvarda intihara cəhd edən oğlan daha sonra özünü dənizə ataraq öldürüb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Dənizkənarı Parkın Səbail rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Sadıqov Şəhriyar Ceyhun oğlu bulvar ərazisində bıçaqla özünə xəsarət yetirərək intihara cəhd göstərib. Daha sonra o, özünü dənizə atıb. Dənizdə boğulmaqda olan şəxs ətrafdakıların köməyilə xilas edilib. Ş.Sadıqov 1 saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

COP29