!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bulvarda sərxoş kişi dənizə düşdü - VİDEO / YENİLƏNDİ 

!Reklam – Yazi
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonunda yerləşən Dənizkənarı Milli Park ərazisində 1 nəfərin dənizdə batma təhlükəsində olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı-bulvar” dalğıc-axtarış qrupunun qüvvələri cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində dənizdə batma təhlükəsində olan vətəndaş xilas edilib.

https://youtu.be/DwqW5rr5eD8
***
22:00
Bakının Səbail rayonunda Dənizkənarı Milli Park ərazisində 1 nəfər dənizə düşüb.

Yenicag.az xəbər verir ki, 55-60 yaşlarında olan kişinin sərxoş olduğu bildirilir.

İlkin ehtimala görə, sərxoş halda olan şəxs müvazinətini itirdiyindən dənizə yıxılıb.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər./Report/

www.yenicag.az

785
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv