Bulvardakı “WiFi”dan necə istifadə etmək olar? – Yenicag.Az

Reklam

Reklam

Dənizkənarı Milli Park, Dövlət Bayrağı Meydanı, həmçinin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində istifadəyə verilən “Ictimai WiFi”-a qoşulmaq üçün istifadəçilər qeydiyyatdan keçməlidirlər.

Qeydiyyatdan keçmək üçün istifadəçilər mobil telefon, “notebook”, planşet və s. portativ cihazlarda şəbəkə siyahısında “Baktelekom”-u seçməlidirlər.

İstifadəçi açılan “Phone number” xanasına öz mobil telefon nömrəsini yazır və “Get password” düyməsini aktiv edir. Daha sonra sistem tərəfindən istifadəçinin mobil nömrəsinə SMS-lə şifrə göndərilir. Bu şifrə 3 saat ərzində aktivdir. İstifadəçi şifrəni “Password” xanasına daxil edərək ”Log In” düyməsini aktivləşdirir. Bununla da cihaz “İctimai Wi-Fi”a qoşulur.

SMS-lə göndərilən şifrə ilə yalnız 1 (bir) cihazın pulsuz internetə qoşulması təmin olunur.

İstifadəçi 1 saat pulsuz internetdən yararlanır. Bu müddət kifayət etmədikdə istifadəçi gün ərzində daha iki dəfə pulsuz xidmətdən faydalana bilər. (Trend)

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 70
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."