!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Buna görə çağırılan yerlərə getmədim” - Xalq artisti doğum gününü niyə qeyd etmir?

!Reklam – Yazi

“Doğum günümdür, amma inanın, heç əhval-ruhiyyəm yoxdur. Heç keçən il yubileyimi də qeyd etmədim. Heç yubileyim olduğunu belə hiss etmədim. Bu il də o əhvalda deyiləm ki, yaşımı qeyd edim”.

Bunu bu gün doğum günü olan Xalq artisti, ustad tarzən Ağasəlim Abdullayev Yenicag.az-la təəssüratlarını bölüşərkən deyib.

Xalq artisti pandemiyanın onda ruh düşkünlüyü yaratdığını deyib:

“Hələ pandemiyadan qabaq səhhətimdə problemlər yarandı. Sətəlcəm oldum və 4 ay ciyərlərimə görə ağır müalicə kursu keçdim. Sonra pandemiya başladı, koronavirusa yoluxdum. Bu xəstəliyi də çox ağır keçirdim. 14 gün xəstəxanada yatdım. Çətinliklə sağaldım. 70 yaşım oldu, dəvət olunan yerlərə də getmədim, bu barədə yazılmadı, heç yerdə də qeyd olunmadı. Çünki özüm istəmədim. O əhval-ruhiyyədə deyildim. İndi də elə evdə oluram. Demək olar ki, heç bir tədbirə, telekanallara getmirəm. Amma tarımdan doymamışam. Sənətim həmişə mənə ruh verib. Arada işə gedib-gəlirəm. Çünki tələbələ də yetişdirmək lazımdır”.

Cəvahir

www.yenicag.az

498
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv