!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Buna görə Fransanın nüfuzu hər gün aşağı düşür" - Makronun bəyanatına REAKSİYA

!Reklam – Yazi

“Əgər Azərbaycan razı olsa, Minsk qrupu olacaq. Azərbaycan açıq deyib ki, razı deyiləm”.

Bu sözləri Qarabağdakı separatçı rejimin irəli sürdüyü şərtlər, ATƏT-in Minsk qrupunun dirildilməsi təklifi və Fransa Prezidentinin bəyanatını şərh edən politoloq Zərdüşt Əlizadə Yenicag.az-a açıqlamasında deyib.

Zərdüşt Əlizadə bildirib ki, separatçı rejimin səsləndirdiyi fikirlər erməni əhalisinin fikirləri ola bilməz:

“DQR adlanan o qondarma qurumun siyasi və hərbi rəhbərliyi son 27 ildə münaqişədən xeyli varlanıb. Heç kim olmalarına baxmayaraq, nəyəsə, kiməsə çevrilmişdilər. Varlı yaşayırdılar, kef edirdilər. Ətrafı da viranə qoymuşdular. Erməni əhalisi isə kasıb yaşayırdı. İndi isə vəziyyət tamamilə dəyişib. Orada çox az sayda erməni qalıb. Ermənilərin çoxu ölkədən qaçıb, qalanların da əksəriyyəti kasıb, yetim adamlardır. Onların heç bir gələcəkləri yoxdur. Onlar nə Minsk qrupunu, nə də hansısa ölkənin maraqlarını düşünür, canlarının hayındadırlar.

Ancaq Rusiyanın siyasi rəhbərliyinin sifarişi ilə alçaq vəzifəni icra edən oradakı separatçı rejimin balaca qrupu Kremlin göstərişi ilə hansısa iddialar ortaya qoyurdular.

Makronun bəyanatı onu göstərir ki, o, siyasətçi deyil. Baxmayaraq ki, ikinci müddətdir ki, Fransa prezidenti seçilib. Şarl De Qolldan, Fransua Mitterandan sonra, Makron, Sarkozi, Olland kimi siyasətdən anlamayanlar Fransa prezidenti olublar. Məhz bunlara görə də Fransanın beynəlxalq aləmdə nüfuzu hər gün aşağı düşür. Fransa təsiri altında olan ölkələrdən belə sıxışdırılıb çıxarılıb. Makronun bəyanatı tamamilə mənasız şeydir”.

Səxavət Məmməd

www.yenicag.az

465
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv