!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Buna görə sürücüyə cərimə yazıla bilməz" - Ekspert

!Reklam – Yazi

“Soruşurlar ki, sürücünün yolda piyadaya yol verərkən, başqası ona güzəşt etdiyi halda “təşəkkür” bildirərkən və s. belə hallarda qəza dayanma işıqlarını yandırmasına görə cərimə yazıla bilərmi? Buna görə sürücüyə cərimə yazıla bilməz”.

Yenicag.az xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib. O bildirib ki, qəza dayanma işıqlarından (dönmə işıqlarından) bu məqsədlə istifadə nəzərdə tutulmasa da, bunu edənlərə heç bir cərimə yazmaq olmaz:

“Əksinə, bu, bəzən əlavə diqqət çəkən bir üsuldur, normal qarşılanmalıdır. Unutmaq olmaz ki, qaydalardan kənara çıxan hər xırda və əhəmiyyətsiz hərəkətə görə cərimə yazılmır və yazıla bilməz. Cərimə yalnız İnzibati Xətalar Məcəlləsində göstərilən, özü də təhlükəli olması, yaxud başqalarına mane yaratması aşkar olan qayda pozuntularına görə nəzərdə tutulur və yalnız belə hallarda yazıla bilər”.

www.yenicag.az

104
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv