!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

"Bunlar müsəlman aləminə zidd olan qüvvələrdir" - ŞƏRH

!Reklam – Yazi

“Şiəlik onlar üçün məkrli niyyətlərini həyata keçirmək üçün pərdədir”.

Bunu Qarabağda keçirilən xüsusi əməliyyatdan sonra Londonda Azərbaycan səfirliyinə edilən hücum arasında əlaqənin olub-olmamasını şərh edən sabiq dövlət katibi Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, Londonda baş verən hadisə Qarabağda keçirilən əməliyyata cavab idi:

“Hesab edirəm ki, bu hadisələr bir-biri ilə əlaqəlidir. İndiyə qədər Böyük Britaniyadakı səfirliyimizə kənardan hər hansısa bir təsir olmayıb. Hücumu “Mehdinin nökərləri” radikal dini qruplaşması öz üzərinə götürüb. Düzdür, onlar antiİran şüarları səsləndirsələr də, hesab edirəm ki, bu, diqqət yayındırmaq üçündür.

Rusiya Cənubi Qafqazdakı proseslərə oyun qaydalarına riaəyət etməklə müdaxilə edirdi. Ancaq bunu edənlər oyun qaydası qanmırlar. Bunlar ideoloji və siyasi xətti qarma-qarışıq, müsəlman aləminə zidd olan qüvvələrdir”.

Səxavət Məmməd

www.yenicag.az

507
Ads
www.veteninfo.com
!Reklam – Arxiv