!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bunu Putin deyir: “Ukrayna öz məqsədlərinə hərbi yolla nail olmağa çalışır”

!Reklam – Yazi

Rusiya Prezidenti ölkəsinin hərbi təcavüzü davam etdirdiyi Ukraynanı “sülh istəməməkdə” suçlayıb.

Yenicag.az lenta.ru-ya istinadən xəbər verir ki, Rusiya Prezidenti bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammiti çərçivəsində Hindistanın Baş naziri Narendra Modi ilə söhbətində danışıb.

Putin bildirib ki, Rusiya müharibənin tezliklə yekunlaşmasına cəhd göstərsə də, “Ukrayna hakimiyyəti danışıqlardan imtina edərək öz məqsədlərinə hərbi yolla nail olmağa çalışır”:

“Mən sizin Ukrayna münaqişəsi ilə bağlı mövqeyinizi və narahatlığınızı bilirəm. Biz müharibənin tezliklə bitməsi üçün hər şeyi edəcəyik”.

www.yenicag.az

410
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv