Millət vəkili deputatlara qarşı intizam tədbirlərinin sərtləşdirilməsinə etirazını bildirib.
Yenicag.az xəbər verir ki, bu gün parlamentdə “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı çıxış edən millət vəkili İlham Əliyev bəzi müddəalara sərt etirazını bildirib:
“Dəyişikliklərdə anlaşılmır ki, əgər deputat üzrlü səbəbdən iclasın ikinci hissəsinə qatılmırsa, bu səbəbin üzrlü olduğunu rəhbərliyə necə bildirəcək? Ümumiyyətlə isə, kiminsə iclasın ikinci hissəsində iştirak edib-etməməsinin heç kimə dəxli yoxdur. Hərə özünə cavabdehdir”.
A.Zeynalov