!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Burada Rusiyanın dəst-xətti görünür" - Tanınmış ekspert ifşa olunan casus şəbəkəsindən danışır

!Reklam – Yazi

Xəbər verildiyi kimi xalqına, vətənə və dövlətinə xəyanət yolunu tutan bir qrup hərbi qulluqçu və digər mülki şəxslər dövlətimizin suverenliyi, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq Ermənistanın düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilməklə müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları düşmən tərəfinə ötürüblər. Nəticədə, bir qrup hərbi qulluqçu və mülki şəxslər cinayət məsuliyyətinə cəlb edilərək, barələrində həbs-qətiimkan tədbiri seçilib.

Onlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanılıb. Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində düşmənin kəşfiyyat və xüsusi xidmət orqanlarının Bakı şəhərində ictimai yerlərdə həyata keçirtməyi planlaşdırdıqları təxribat və terror fəaliyyətinin də qarşısı alınıb. Görəsən, necə olub ki, bu olay baş verib? Burada hansısa bir xarici qüvvənin də əli ola bilərdimi?

Məsələ ilə bağlı Yeniçağ.az-a açıqlama verən hərbçi-jurnalist Üzeyir Cəfərovun fikrincə, sözügedən hadisənin baş verməsində əsas izi Rusiyada axtarmaq lazımdır:

“Əslində baş verənlər artıq baş verib. İndi sadəcə bir qədər səbr edib, hadisənin niyə və nədən baş verdiyinin kökünü araşdırmaq lazımdır. Əlbəttə ki, bu, xoşagəlməz hadisədir. Amma düşünmək də lazım deyil ki, hansısa böyük bir faciə baş verib. Çünki mülki şəxslər də daxil olmaqla, yüz minə yaxın şəxsi heyəti olan ordu üçün 30-40 nəfərin belə bir həyasız hərəkətə yol verməsi əlbəttə ki, böyük bir faciə deyil.

Lakin üstündən sükutla da keçmək olmaz. Düşünmürəm ki, Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları Tərtərin mərkəzi və ya hansısa digər şəhərimizə gələrək iş aparıb, birilərini öz tərəfinə cəlb edə biliblər. Burada şimal qonşumuzun, Rusiyanın da dəst-xətti görünür. Burada Rusiya faktoru istisna edilməməlidir. Ola bilsin ki, şimal qonşumuzdakı kimlərinsə də bu işdə əli vardır. Bir nəfər Rusiyaya yaxın insan Azərbaycan Müdafiə Nazirliyində xidmət etdiyi zaman sonradan Tərtər döyüş bölgəsinə can ataraq istədiyinə də nail olub. Bu insanın nədən Tərtər istiqaməti üzrə döyüş bölgəsinə can atdığına aydınlıq gətirilməlidir. Bunlar hamısı sıradan adi suallar deyil. Hətta Gürcüstan faktorunu da istisna etmək olmaz. Yəni hər bir variant mümkündür, ona görə də son dərəcədə diqqətli olmalıyıq. Görünür, insan tamahı, kiminsə düzgün tərbiyyə almaması, Vətənə xəyanət yolu tutması belə halların baş verməsinə gətirib çıxarıb. Amma düşünmürəm ki, həbs olunanların hər biri Cinayət Məcəlləsinin 274-cü maddəsilə ittiham olunsunlar. Aralarında yəqin ki, birbaşa təşkilatçılar da var. Prosesdə tələsməyin də tərəfdarı deyiləm. Bir qədər səbrli olmalıyıq. Belə olarsa, məsələnin kökündə nəyin dayandığını yəqin ki, yaxın zamanlarda biləcəyik. Məhkəmə olandan sonra kimin hansı suçunun olacağı barədə yəqin ki, məlumat alacağıq. Xəyanətkarların heç birinə heç bir halda güzəşt oluna bilməz. İstintaqın gedişində ola bilsin ki, xain şəbəkənin ifşa olunmamış digər üzvləri də aşkarlanaraq layiqli cəzalarına çatacaqlar. Yəqin ki, onların kimin vasitəsilə xəyanətkar yola düşdükləri də bəlli olacaq”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

766
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv