!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış imtahanının tarixi açıqlandı: 43 min şagird iştirak edəcək

!Reklam – Yazi

Aprel ayını 23-24-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək.

Yenicag.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.

Bildirilib ki, respublikanın 22 şəhər və rayonunda təşkil olunacaq imtahanda 43 127 şagirdin iştirakı nəzərdə tutulur.

Qeyd olunub ki, imtahan saat 11:00-da başlanır və imtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

Aprelin 23-də keçiriləcək imtahanda 21 337, aprelin 24-də keçiriləcək imtahanlarda isə 21 790 nəfər olmaqla, ümumilikdə 43 127 şagirdin iştirakı nəzərdə tutulur.

İmtahana bədən hərarəti 37°C-dən aşağı olan şəxslər buraxılırlar.

Keçiriləcək imtahanla bağlı ətraflı məlumatı linkdən əldə edə bilərsiniz.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv