!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış imtahanları üçün “SEÇİLMİŞ” LİMİT: “Biz məktəbdə tədris olunan bütün fənlərin ən azı…”

!Reklam – Yazi

“Şagirdlərdə və müəllimlərdə “bu, lazımlı, digəri isə lazımsız fəndir” kimi anlayışlar yaranır”.

Bu fikirləri elm və təhsil naziri Emin Əmrullayevin keçirdiyi brifinqdə ümumi təhsil müəssisələrində imtahanların sayının azaldılmasına dair mövqeyinə münasibət bildirən ekspert Cahid İmanlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, orta təhsil pilləsində şagirdlər bütün fənləri bərabər oxumalı və minumum 30 faizlik həddi keçməlidirlər:

“Dövlət İmtahan Mərkəzinin 9-cu və 11-ci siniflərdə yalnız 3 fəndən – Ana dili, riyaziyyat və xarici dildən buraxılış imtahanı keçirməsinin müsbət olsa da, mənfi tərəfləri daha çoxdur.

Həmin imtahanın nəticəsi şagirdlərə müəyyən orta ixtisas və ali təhsil müəssisələrinə qəbul olmaq hüququ versə də, bu, təhsilin biznesə çevrilməsinə, repetitorluğun artmasına, şagirdlərin dərsdən yayınmasına və bununla da gündəlik dərs prosesinin pozulmasına yol açır.

Eyni zamanda, şagirdlərdə və müəllimlərdə “bu, lazımlı, digəri isə lazımsız fəndir” kimi anlayışlar yaranır. Ona görə də şagirdlər bütün vaxt və enerjilərini bu 3 buraxılış fənninə yönəldirlər. Nəticədə isə digər fənlərə diqqət azalır.

Lakin biz məktəbdə tədris olunan bütün fənlərin ən azı 30 faizini mənimsəyən, həm təbiət, həm humanitar, həm texniki, həm də digər sahələrdən məlumatlı olan dünyagörüşlü şəxsiyyət formalaşdırmalıyıq. Bu səbəbdən, orta məktəblərdə imtahanların sayını azaltmağın tərəfdarı deyiləm”.

Nuray Məmmədzadə

www.yenicag.az

211
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv