!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buraxılış və qəbul imtahanlarının BİRLƏŞDİRİLMƏSİ: “Tədris proqramının yekunlaşmasına 2-3 ay qalmış...”

!Reklam – Yazi

“Buraxılış imtahanları ilə blok imtahanlarını birləşdirərək vahid imtahan formatına salmaq lazımdır”.

Bu fikirləri ümumtəhsil məktəblərində buraxılış imtahanlarının tədris proqramının başa çatmasına 2-3 ay qalmış keçirilməsinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, elm və təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, imtahanların keçirilmə qaydalarında dəyişiklik edilməsi məqsədəuyğundur:

“Buraxılış imtahanları artıq bir neçə ildir ki, qəbul imtahanına 2-3 ay qalmış keçirilir. Ümumtəhsil məktəblərində buraxılış imtahanlarının tədris proqramının yekunlaşmasına iki-üç ay qalmış keçirilməsi müzakirə mövzusuna çevrilib.

Buraxılış imtahanları ilə blok imtahanlarını birləşdirərək vahid imtahan formatına salmaq lazımdır. Abituriyentlər birində maksimum 300, digərində isə 400 bal nəzərdə tutulan iki imtahan verməli olurlar.

Elə etmək lazımdır ki, cari ilin məzunları yalnız bir imtahan versinlər. Əslində, düşünürəm ki, bu mövzunun geniş müzakirəyə ehtiyacı yoxdur. Biz test imtahanlarında və qəbul modelində uyğun sayılan dəyişiklikləri müzakirə etməliyik”.

Nuray Məmmədzadə

www.yenicag.az

860
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv