!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Burnunu kağız pulla sildi, azarkeşlərin qəzəbinə tuş gəldi - VİDEO

!Reklam – Yazi

Rusiyanın “Tosno” klubunun futbolçusu Stanislav Manayev azarkeşlərin qəzəbinə tuş gəlib.

Yenicag.az xəbər verir ki, buna 19 yaşlı yarımmüdafiəçinin təyyarədə komanda ilə birgə uçuş zamanı 5 min manatlıq kağız pulla burnunu silməsi və bu davranışının videosunu “Instagram” səhifəsində paylaşması səbəb olub.

Bu azmış kimi, Manayev həmin paylaşımına “Bu pulu ehtiyacı olanlarla verə bilərdim, amma verməyəcəyəm, çünki qripəm” formasında şərh də yazıb.

Sosial şəbəkə istifadəçiləri bu hərəkətlərinə görə futbolçunu kəskin qınayıblar. Azarkeşlər onun üzr istəməsini tələb ediblər.

Futbolçu isə sonradan həmin videoni silib və pulun saxta olduğunu bildirməklə vəziyyətdən çıxmağa çalışıb.

Qeyd edək ki, Manayev “Tosno”nun əvəzedici komandasında çıxış edir.

www.yenicag.az

1930
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv