!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Bütöv Azərbaycan istəyi: "Bu yolla nail ola bilərik...”

!Reklam – Yazi

“Xaricdə yaşayan Cənubi Azərbaycanlılarla əlaqələri gücləndirmək lazımdır”.

Bunu Cənubi Azərbaycan küçələrində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin posterlərinin asılmasına və bütöv Azərbaycan şüarları səsləndirən soydaşlarımızın istəklərinə münasibət bildirən Azərbaycan Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu Yenicag.az-a açıqlamasında deyib.

O, bildirib ki, farsları adi qəbul etmək olmaz:

“Cənubi Azərbaycanla münasibətləri genişləndirmək lazımdır. İndiki vəziyyətdə Cənubi Azərbaycanla Şimali Azərbaycanı birləşdirmə istəyi məqsədə uyğun deyil. Azərbaycan Ermənistanla hələ də sülh müqaviləsi bağlaya bilməyib. Həll olunması vacib olan Zəngəzur dəhlizi, sülh sazişi məsələsi var.
Xaricdə yaşayan Cənubi azərbaycanlılarla əlaqələri gücləndirmək lazımdır. İran hakimiyyətindən anlayışı, siyasi təcrübəsi yüksək olan soydaşlarımızla münasibətləri daim sıx saxlamalıyıq. Bütöv Azərbaycan istəyimizə yalnız bu yolla nail ola bilərik. Lakin istəyimizə nail olmaq üçün zaman lazımdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

242
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv