!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bütün dünya bu mübarizə üçün Ukraynaya borcludur" - ŞƏRH

!Reklam – Yazi

“Bu gün Ukrayna-Rusiya arasında müharibənin 27-ci günüdür. Rus ordusu qarşısında davam gətirmək, ölkəni müdafiə etmək elə də asan iş deyil. Lakin Ukrayna xalqı bunu bacarır. Bütün dünya bu mübarizə üçün Ukraynaya borcludur”.

Bu fikirləri davam edən Rusiya-Ukrayna müharibəsinin geosiyasi dəyişikliklərə yol açıb-açmayacagi haqqında fikirlərini bölüşən siyasi şərhçi Tehran Orucoğlu Yenicag.az-a açıqlamasında səsləndirib.

Rusiyanın nüvə silahından istifadə edəcəyi ilə bağlı xəbərə münasibət bildirən Orucoğlu bunun baş verməyəcəyini deyib:

“Düzdür, mənim Dimitri Peskovla yaxşı münasibətlərim var. Mütamadi olaraq danışmışıq. Hətta müharibədən öncə mənimlə danışığı zamanı SSRİ yaratmaq planlarının olmadığını, Ukraynaya qarşı heç bir müharibəyə başlamayacaqlarını demişdi. Bunun tam əksini gördüm. Bu gün isə açıqlamasında bildirib ki, nüvə silahından istifadə edə bilərlər. Bununla dünyanı hədələyirlər. Lakin nüvə silahı “İsgəndər” deyil. Bu qədər irəli gedəcəklərini düşünmürəm. Bu gün Rusiya iqtisadiyyatı çöküş yaşayır. Qərbin tətbiq etdiyi sanksiyaların bir qismini görürük. Rus elitasının xaricdəki əmlakına və pullarına “stop” qoyulub.

Bu gün bir çox ölkə Ukraynaya borcludur. Rusiyanın işğalçı siyasətinə qarşı dik dayanan Ukrayna xalqının çətin olmasına baxmayaraq, qələbə qazanacağına inanırıq. Düzdür, Rusiyada baş verən proseslərin Azərbaycana təsiri də az deyil. Söhbət iqtisadi münasibətlərdən gedir. Bu gün 3 milyona yaxın azərbaycanlı Rusiyada yaşayır. Onlar ailələrinə artıq pul göndərə bilmirlər. Həmçinin ən böyük ixrac bazarımızdır. Azərbaycan hökuməti mütləq formada iqtisadi paketlər üzərində çalışır. Xüsusən kənd təsərrüfatı məhsullarının satışı üçün əsas bazar Rusiya olduğundan bu il ölkənin Azərbaycandan məhsul almağa gücü olmayacaq. Bizim alternativ bazarlar axtarışında olmağımız normaldır.

Müharibə prosesinə geri dönsək, deyə bilərik ki, artıq çox az qalıb. Qərbin növbəti sanksiya paketindən sonra Rusiya geri çəkilmək məcburiyyətində qalacaq. Sanksiyalar isə daha uzun illər Rusiya Federasiyasını “çökdürəcək”.

www.yenicag.az

812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv