!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bütün sahələrdə islahatlar üçün YENİ SÜRƏT: “Siyasi, iqtisadi, hərbi və digər sferalarda...”

!Reklam – Yazi

“Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütdüyü bir daha dünyaya nümayiş etdiriləcək”.

Bu fikirləri fevralın 7-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra ölkənin gündəmindəki əsas məsələləri dəyərləndirən Milli Məclisin deputatı Arzu Nağıyev Yenicag.az-a açıqlamasında deyib.

Millət vəkili bildirib ki, İlham Əliyevin yenidən prezident seçilməsindən sonra ölkəmizdə hər bir sahədə islahatlar dərinləşdiriləcək və daha böyük inkişafa doğru qəti addımlar atılacaq:

“İstər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə ciddi işlər görülərək Azərbaycanın müstəqil xarici və daxili siyasət yürütdüyü bir daha dünyaya nümayiş etdiriləcək.

Bütün bu işlərin başında isə xalqının və dövlətinin maraqlarını üstün tutan, sülh və əmin-amanlıq naminə əlindən gələni əsirgəməyən liderin dayandığı sübut olunacaq”.

Nəsimi Ələsgərli

www.yenicag.az

359
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv