Reklam

Reklam

RUMUZUL KURAN 2Fətullah Gülənin 2014-cü ildə başına gələcəkləri 9 il əvvəl xəbər verən kitabın yazarının öz başına nələr gətirildi?

Bu gün Türkiyədə hamı bir kitabdan danışır. 2005-ci ildə yayımlandığı zaman ancaq məhdud çevrənin xəbəri olduğu kitab hazırda hamının dilindədir. Baxmayaraq ki, yazarı bu kitab ucbatından min bir zülmə məruz qalıb.

Söhbət Fətullah Gülən Şəbəkəsinin 2014-cü ildə çökəcəyini xəbər verən “Rumuzul Kuran” və onun yazarı Əl Hac Molla Muhammed Doğandan gedir. Türkiyədə dini çevrələrdə Molla Məhəmməd olaraq tanınan bu şəxs Səid Nursinin birinci tələbəsi və həqiqi varisi sayılan Albay Hacı Hülusi Yahyagilin tələbəsidir. Albay Hacı Hülusi Yahyagil isə 1918-ci ildə Azərbaycanı qurtaran Nuru Paşa komandanlığındakı Qafqaz İslam Ordusunun zabitlərindən biridir. Xüsusilə Bakının və Şamaxının işğaldan azad olunması ilə bağlı xeyli xatirələri mövcuddur.

Yazara gəlincə, Əl Hac Molla Muhammed Doğan Quran, hədis, fiqh və təfsirlə bağlı elmi kiablar müəllifidir. Məhz bu elmi kitablarından birində, “Rumuzul Kuran 4” adlı əsərində Gülən hərəkatının 2014-cü ildə sönməyə başlayacağını ifadə edib. Fətullah Gülən Şəbəkəsi ilə elmi mübarizə yolunu tutan müəllif dəlillərlə bu camaatın Risaleyi Nur ilə yanaşı Quranı da təhrif etdiklərini ortaya qoyub. Yazdığı “Reddül Evham” və “Rumuzul Quran” adlı kitablarla Fətullah Gülənin həm Quranı, həm də digər islami qaynaqları təhrif etdiyini elmi dəlillərlə ortaya qoyan müəllif Gülənin “Məhəmməd Allahın Rəsuludur” deməyənləri cənnətlə müjdələməsini tənqid etmişdir. Doğan Güləni “sadəcə “Risaleyi Nur”u deyil,  Quranı da təhrif etməkdə” ittiham etmiş və əsaslandırmışdır.

RUMUZUL KURANVə maraqlıdır ki, Gülənin Türkiyədə və dünyada ən güclü vaxtında, hakimiyyət ortağı olduğu bir dönəmdə yazılan bu kitabda Gülən şəbəkəsinin 2014-cü ildən etibarən çökməyə başlayacaqlarının siqnalı verilib. Açıq şəkildə bildirilib ki, bu şəbəkə 2014-cü ildə tənəzzül dövrünə qədəm qoyacaq.

Tahşiyə yayın evi tərəfindən Molla Muhammed Doğanın “Abdurrahman Aktepe” təxəllüsü ilə yazdığı kitabda qeyd olunur ki, “Təxminən 250 il əvvəl qurulmuş və 300 yəhudi xaxamdan ibarət komitə İslamın nurunu söndürmək üçün müxtəlif yollara baş vururlar. Bu gün dünyada baş verən bütün fitnənin qaynağı o komitədir”.

Kitabda qeyd olunur ki, o komitə də Gülən kimi tənəzzülə doğru addımlayır və əslində 2014-cü il hər ikisinin tənəzzülünün başlanğıcı olacaq.

Sonra nə oldu? Molla Muhammed Doğan bu kitabı yazdıqdan qısa müddət sonr Gülən ilk dəfə açıq şəkildə o kitabı dərc edən mətbəənin ismini çəkərək, onları hədəf göstərdi. Bu gün Ərdoğanın “parallel dövlət” dediyi şəbəkə Gülənin “Tahşiyəçilər deyilən bir qrup” sözündən sonra öncə ictimai rəydə Doğan əleyhinə qaralama kampaniyası aparmağa başladılar.  Gülənin “Samanyolu”su “Tək Türkiyə” serialı ilə “Tahşiyə”ni özlərinin xidmət etdikləri o komitənin adamları kimi göstərdilər. Mediadakı Nuh Gönültaş kimi mirzələri vasitəsi ilə qaralanan “Tahşiyə”yə paralel polisin basqını elə şəkildə cəmiyyətə təqdim olundu ki, sanki böyük bir cinayət aşkarlanıb. Baxmayaraq ki, əməliyyat zamanı bir mərmi belə aşkarlanmamışdı. Buna baxmayaraq, Molla Muhammed Doğan saxta ittihamlarla həbs olundu. MS xəstəsi olduğu halda dərmanları belə həbsxanaya buraxılmadı. Çünki Gülən rəsmən ölməsi üçün təlimat vermişdi.

20140112_407507Səbəb isə sadə idi. Molla Muhammedin çıxışları onun dindar çevrədəki nüfuzunu zədələyirdi. Məsələn, Gülən zəkatla dinlərarası dialoq toplantıları keçirib, xristian məktəblərinə yardım edirdi. Lakin Doğan zəkatın kasıba-imkansıza verilməsinin İslamın şərti olduğunu, bunu pozanların zəkata fəsad qarışdırdıqlarını bildirirdi. Həssas olan dini camaatlar da bu məsələdə tərəddüdə düşürdülər ki, bu da Gülənin işinə gəlmirdi.

Doğana qədər hamı Güləni Səid Nursinin davamçısı bilir, onun sözlərinə etimad edirdilər. Molla Muhammed isə bu mifi dəlillərlə dağıdırdı ki, bu da illərlə Nursi adından yalanlarla dini çevrələrdə hegemonluq edən Gülənin işinə gəlmirdi.

Gülənin bütün oyunlarını hamıdan öncə görməsi və buna qarşı susmaması Doğanın başına ciddi fəlakətlər açdı. Sadə bir yazar olduğu halda bir anda ən ağır ittihamlarla qarşı-qarşıya qaldı. Salam verdiyi insanlar belə Gülənin qəzəbindən qurtula bilmədi. İki ilə yaxın heç bir əsas olmadan içəridə saxlanılan Doğan ilk məhkəmədə günahlandırmaq üçün heç bir dəlil olmadığı üçün azadlığa çıxdı. Məqsəd isə onun xəstəliyini bildiklərindən uzun müddət içəridə saxlayıb, fiziki məhvi idi.

Sadəcə bu fakt deməyə əsas verir ki, Gülən Şəbəkəsinin əlində güc-vəzifə olduqda, o ağlayan adam necə bir qorxunc varlığa çevrilə bilir. Bu səbəbdən də, Gülənin “xoşgörü”sünə aldananlar onun zülmünə məruz qalanların başına gələnlərdən ibrət götürməlidirlər.

Çünki Haqq nazilsə də üzülməz. Və 2005-ci ildə kimsənin zəifləyəcəyini ehtimal etmədiyi Gülənin 2014-cü ildə çökəcəyini yazmaq sadəcə komplo teorisi deyildi və bunun qarşısını almaq üçün Paralelçilər yazara zülmün ən şiddətlisini göstərdilər. Fəqət bu onlara sonun başlanğıcının önləməyə imkan vermədi.

Nəticədə bu gün də Doğan elmi kitablarını yazmaqda davam edir. Ancaq Gülən Şəbəkəsi tarixinin ən böyük zərbəsini aldılar. 30 mart seçimlərində ilk dəfə iqtidarın qarşısında yer alıb, məğlub oldular. Dünyanın bir çox yerlərində adları qara siyahılara düşdü. Ən böyük dəstək aldıqları əsnaf-orta təbəqə böyük miqyasda onlara verdikləri “himmət” pullarını kəsdilər. Xüsusilə Türkiyədə dövlət içindəki şəbəkələrinin böyük bir qismi ifşa olundu və ifşa olunmaqda davam edir. Bir sözlə, Gülən üçün 2014-cü il kabus ilinə döndü. İllərdən bəri ondan məddahlıqla bəhs edənlər belə adını çəkməkdə tərəddüd edirsə, çöküş deyilsə, bəs nədir?

Nəzərə alsaq ki, Gülən Şəbəkəsi müxtəlif dövlətlərin xüsusi xidmət orqanları ilə iş birliyi içindədir və bu artıq ifşa olunub, bu onun üçün əslində bir xarakiridir. Bu zamana qədər Özaldan Ecevitə, hətta Ərdoğanın son illərinə qədər daim iqtidarlarla münasibətini qoruyan Gülən son səhvi ilə 40-50 illik piramidasını öz əlləri ilə uçurdu. Necə ki, Nəmrud beyninə girdiyi xırda milçəyi öldürmək üçün öz başını divardan divara vurub, öldürdü.

Qaynaq: http://www.timeturk.com/tr/2014/07/24/o-kitap-gulen-hareketi-nin-2014-de-zayiflayacagini-nasil-bildi.html#.U9VNTvmSxCM

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 112
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."