!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Buzlu yollarda artan QƏZA RİSKİ: “Avtomobillərin təkərlərində havanın təzyiqi aşağı salınsa...”

!Reklam – Yazi

“Sürücülər texniki nöqteyi-nəzərdən bütün parametrləri – əyləcdən tutmuş digər mexanizmlərə qədər hər bir detalın sazlığına diqqət yetirməlidirlər”.

Bu fikirləri şaxtalı havalarda qəza risklərini azaltmaq üçün sürücülərin diqqət etməli olduğu məqamlara toxunan nəqliyyat məsələləri üzrə ekspert Rövşən Həsənov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, şaxtalı havalarda şəxsi avtomobillərdənsə, ictimai nəqliyyatdan istifadə etmək daha təhlükəsizdir:

“Qarlı və şaxtalı havalarda nisbətən təcrübəsiz sürücülərə tövsiyə edirik ki, onlar da ictimai nəqliyyatdan istifadə etsinlər. Bu, daha təhlükəsizdir. Çünki ictimai nəqliyyatı idarə edən sürücülər daha təcrübəli olduqları üçün bu zaman qəza riski qismən azalmış olacaq.

Sürücülər sükan arxasına oturduqda, texniki nöqteyi-nəzərdən bütün parametrləri – əyləcdən tutmuş digər mexanizmlərə qədər hər bir detalın sazlığına diqqət yetirməlidirlər.

Buzlu yollarda hərəkətdən əvvəl avtomobillərin təkərlərində havanın təzyiqi nisbətən aşağı salınsa, bu, sürüşmənin qarşısını alacaq. Beə şaxtalı havada və buzlu yolarla Bakıdan şimal istiqamətinə, dağlıq ərazilərə səfərə hazırlaşan sürücülərin oralarda təcili işləri yoxdursa, bu səyahətdən imtina etmələri daha münasibdir”.

Nuray Məmmədzadə

www.yenicag.az

205
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv