!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BVF 2023-cü ildə neftin qiymətinin 16 faiz azalacağını proqnozlaşdırır

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondu (BVF) neftin bir barelinin orta qiymətinin bu il 16,2 faiz azalaraq 81,13 dollara düşəcəyini proqnozlaşdırır.

Yenicag.az xəbər verir ki, bu barədə bazar ertəsi BVF-nin dünya iqtisadiyyatının inkişaf perspektivlərinə dair hesabatınını yanvar ayı yeniləməsində bildirilir.

“2023-cü ildə neftin qiymətinin təxminən 16 faiz, qeyri-yanacaq əmtəələrinin qiymətlərinin isə orta hesabla 6,3% ucuzlaşacağı gözlənilir”, – deyə hesabat müəllifləri qeyd edirlər.

“Hesablanan orta proqnoz qiyməti 2023-cü il üzrə 81,13 dollar, 2024-cü il üzrə isə 75,36 dollar təşkil edir”, – hesabatda deyilir. Beləliklə, gələn il neftin qiyməti 7,1 faiz azalacaq.

BVF-nin məlumatına görə, “enerji bazarları Ukraynadakı münaqişənin yaratdığı iqtisadi şoklara gözlənildiyindən daha sürətli uyğunlaşıb. Bununla belə, keçən il “qlobal enerji və ərzaq qiymətlərinin kəskin artması yaşayış xərcləri böhranına səbəb olub”. Fond bildirir ki, Ukraynadakı münaqişə səbəbindən gözləniləndən yüksək neft, qaz və ərzaq qiymətləri inflyasiyasını yenidən artıra bilər.

Bakı vaxtı ilə saat 09:40-da Brent nefti 84,85 dollardan ticarət olunub.

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv