BVF-nin 2023-cü ilədək Azərbaycanın qeyri-neft sektoru ilə bağlı PROQNOZLARI

Azərbaycanın qeyri-neft sektoru 2023-cü ilədək 2 faizdən 3-4 faizədək artacaq.

Yenicag.az xəbər verir ki, bunu Trend və “AzerNews” qəzetinə müsahibəsində Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçu deyib.

Onun sözlərinə görə, qeyri-neft sektorunun nəqliyyat, turizm, rabitə və telekommunikasiya kimi sahələrində əhəmiyyətli artım müşahidə olunsa da, tikinti sektorunda dövlət investisiyalarının azalmasının nəticələri hələ də hissi olunur.

M.əl-Qorçu iqtisadiyyatın qeyri-neft sektorunun daha sürətli artımı üçün struktur islahatların əhəmiyyətini vurğulayıb.

O qeyd edib ki, bu tədbirlər qeyri-neft sektoruna birbaşa xarici kapitalın cəlbinə yönəlmiş genişmiqyaslı islahatları əhatə etməlidir:

“Ümumdünya Ticarət Təşkilatına qoşulmaq Azərbaycanın qeyri-neft ixracının artmasına kömək edə bilərdi”.

BVF-nin Azərbaycandakı prioritetlərindən danışan missiya rəhbəri vurğulayıb ki, Fond makroiqtisadi siyasətin əsas istiqamətləri üzrə texniki yardım göstərir:

“Buraya maliyyə-kredit, verti siyasəti, məzənnə, bank nəzarəti və milli gəlirlərin qeydiyyatı və pul statistikası üzrə məsləhətlər və tövsiyələr daxildir”.

COP29