!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BVF-nin qlobal faiz dərəcələriylə bağlı PROQNOZU

!Reklam – Yazi

Beynəlxalq Valyuta Fondunun (BVF) Birinci vitse-prezidenti Gita Qopinath inflyasiyanın müəyyən səviyyəyə qaytarılması üçün mübarizənin davam etdiyi bir vaxtda qlobal faiz dərəcələrinin uzun müddət yüksək qalacağı ilə bağlı fikir irəli sürüb.

Yenicag.az dünya mediasına istinadən xəbər verir ki, Cənubi Afrika Mərkəzi Bankının təşkilatçılığı ilə baş tutan konfransda çıxış zamanı Gopinath, qlobal maliyyə məsələlərinin çətinləşməsi, geoiqtisadi fərqliliyin artması və iqlim dəyişikliyi səbəbindən artan xərclər inkişaf etməkdə olan bazarlar üçün də xarici şərtləri dəyişdirdiyini bildirib.

İnkişaf etməkdə olan ölkələr (İEOÖ) üçün maliyyə şərtlərinin belə bir mühitdə çətinliyə davam etməsinin gözlənilə biləcəyini qeyd edən Gopinath, köhnə və ya yeni hər cür çətinliyin aradan qaldırılması üçün makro əsasların gücləndirilməsinin kritik əhəmiyyət daşıdığını bildirib.

Gopinath qeyd edib ki, inkişaf etməkdə olan bazarlar çətin iqtisadi mühit qarşısında öz maliyyə buferlərini yenidən qurmalı, ticarətin şaxələndirilməsi və islahatlar vasitəsilə fikir ayrılığına qarşı olmalı, maliyyə və sosial cəhətdən iqlim strategiyasını həyata keçirməlidir.

Yusif Səmədzadə

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv