!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cabir Abdullayev: “Toyda muğam oxuyurdum, ev yiyəsi gəlib deyirdi ki…”

!Reklam – Yazi

“Toylarımızda da muğama münasibət dəyişib. Əvvəllər toyda muğam oxuyurdun, deyirdilər, bir az qısa oxu…”.

Yenicag.az xəbər verir ki, bu sözləri xanəndə, Əməkdar artist Cabir Abdullayev deyib.

O, dövlət səviyyəsində muğama verilən dəyərdən sonra el şənliklərində, toylarda da muğama olan münasibətin tamamilə dəyişdiyini dilə gətirib:

“Tez-tez toylara, məclislərə dəvətlər alırıq. Bəzən toylarda elə mahnılar ifa olunurdu ki, baxıb pis olurdum. Məclisdə bir ağız muğam oxuyamaq istəyəndə, toy yiyəsi gəlib muğamı yarıda saxladırdı, deyirdi, muğam oxuma. İndi belə deyil. Dövlətimizin musiqimizə, muğamatımıza verdiyi dəyər vəziyyəti dəyişdi. Məclislərimizdə, toylarda da muğam ifa olunur və sevilir. Görün nə qədər muğam müsabiqələri keçirilir. Muğamatımızda ikinci nəfəs açıldı. Bu gün muğam sənəti yalnız Azərbaycanda deyil, bütün dünyada təbliğ və təmsil olunur. Gənclərin muğam sənətinə marağı və sevgisi artıb”.

Cəvahir

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv