!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çad Sudanla sərhədi bağladı

!Reklam – Yazi

Sudanda 18 nəfərin ölümü ilə bağlı iki ölkə arasında yaranan gərginlikdən sonra Çad Sudanla sərhədini bağlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.

Qeyd olunub, sərhəd Çad hakimiyyəti tərəfindən qeyri-müəyyən müddətə bağlanıb. Eyni zamanda Sudan Çadla sərhədə, Qərbi Darfur əyalətinə əlavə ordu birləşmələri göndərir.

İki ölkə arasında müştərək sərhədin uzunluğu 1,4 min kilometrdir, o, Sahara səhrasının şərq rayonlarından keçir.

Qeyd edək ki, iki ölkə arasında münasibətlər Sudanda 18 çobanın öldürülməsindən sonra gərginləşib. Belə ki, çobanlar qonşu ölkədən naməlum şəxslər tərəfindən oğurlanmış dəvələrini Çadın sərhəd zonasında axtarırmış. Geri dönərkən çobanlar Sudanda pusquya salınaraq öldürülüb.

www.yenicag.az

998
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv