!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Camaat balasının boğazından kəsib Cahangir Əsgərovun cibini doldurur”

!Reklam – Yazi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti iyulun 1-dən oktyabrın 2-dək uzadılıb. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yenicag.az xəbər verir ki, qərara əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 2 oktyabr 06:00-dək uzadılıb.

İctimaiyyət nümayəndələri isə hesab edir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 üçün pandemiya statusunu ləğv edib. Bundan sonra quru sərhədlərinin bağlı saxlanılması anlaşılan deyil.

Ekspertlər isə pandemiya səbəbindən qapadılan sərhədlərin açılmasını iqtisadiyyatın gücləndirilməsi üçün vacib addım hesab edir.

Yenisabah.az saytının baş redaktoru, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə isə “Sherg.az”a açıqlamasında deyib ki, ölkənin quru sərhədləri koronavirus epidemiyasına görə bağlanmışdı. Hazırda isə Azərbaycanda koronavirusun başa çatdığını əminliklə söyləmək olar. Bu gün ölkədə adi qripə yoluxanlar koronavirusa yoluxanlardan yüz dəfə çoxdur. Bu isə o deməkdir ki, artıq məlum təhlükə dəf edilib. Odur ki, sərhədlərin bağlı qalmasının da heç bir əhəmiyyəti qalmayıb. Şəxsən mən bir ölkə vətəndaşı və ictimaiyyət üzvü olaraq quru sərhədlərinin açılmasının tərəfdarıyam. Əgər dövlət sərhədlərin birdən açılmasından ehtiyat edirsə, bunu mərhələli şəkildə də etmək olar. Əvvəlcə Gürcüstanla quru sərhədimiz açılsın. Sonra isə Türkiyə ilə”.

S.Verdizadənin sözlərinə görə, sərhədlərin bağlı qalmasının əziyyətini qara camaat çəkir: “Bu prosesdən tək fayda görən AZAL və onun rəhbərliyidir. Gürcüstana, Türkiyəyə və digər ölkələrə gedən insanlar balalarının boğazından kəsib Cahangir Əsgərovun cibini doldururlar. Karantin rejimi uzadılsa belə istisna hal kimi yuxarıda adlarını qeyd etdiyim iki ölkə ilə sərhədləri açmaq lazımdır”.

www.yenicag.az

300
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv