!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Canəli Əkbərovun kürəkəni: “Süni nəfəs aparatına qoşulmayıb, yalandır”

!Reklam – Yazi

“Canəli Əkbərov koronavirusa yoluxmuş olsa, evdə hamımız xəstə olarıq. Nəvəsi hər gün onu öpür, koronavirus olsa, heç bunu edər? Belə yalan xəbərlər bizi də narahat edir”.

Bunu Xalq artisti Canəli Əkbərovun koronavirusa yoluxması və süni nəfəs aparatına qoşulması ilə bağlı yayılan xəbərə münasibət bildirərkən kürəkəni Nurəddin Salayev Yenicag.az-a açıqlamasında deyib.

Kürəkəni xanəndənin bir neçə il öncə keçirdiyi insult xəstəliyinə görə müalicə olduğunu bildirib:

“Canəli Əkbərov insult xəstəsidir. Mütəmadi müalicə olunur. Özü də yaşlı insandır. Səhhəti gah ağır, gah da normal olur. Əvvəllər beyinlə əlaqədar süni nəfəs aparatına qoşulub. Həmin vaxt çəkilən şəkili indi yayıblar. Amma o köhnə şəkildir. İndi süni nəfəs aparatına qoşulmur. Tələbələri də vaxtaşırı gəlib ona baş çəkir, söhbətləşirlər. Bəzən heç danışa da bilmir, sadəcə baxır. Səhhətində ciddi problemlər var. Həkimlər də əlindən gələni edir”.

Qeyd edək ki, xanəndənin koronavirusa yoluxması və süni nəfəs aparatına qoşulması ilə bağlı xəbərlər yayılıb.

Cəvahir

www.yenicag.az

559
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv