!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çap məhsullarının idxalının ƏDV-dən AZAD OLUNMASI: "MEDİA ardıcıl şəkildə maraqlı addımlar atır" - Professor RƏYİ

!Reklam – Yazi

Ölkənin çap mediası subyektləri rəhbərləri ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyində aparılan müzakirələr və yayım şirkətləri ilə görüşlər nəticəəsində Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı əlavə dəyər vergisindən (ƏDV) azad edilməsilə bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Belə ki, artıq kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışına görə 18 faiz ƏDV tutulmayacaq.

Mövzu ilə bağlı professor Qulu Məhərrəmli Yenicag.az-a açıqlamasında bildirib ki, verilən qərar kitab sahəsində inkişafa səbəb olacaq:

“Sözügedən qərar çox yaxşı addım olsa da, xeyli gecikmiş hesab oluna bilər. Bu gün, demək olar ki, Azərbaycanda qəzet bumu yoxdur. Lakin bunun əvəzində kitab bumu başlanır. Bu gün kitab çapı və mütailəsi ilə bağlı yüksəliş müşahidə olunur. Ona görə də ƏDV-nin tutulmaması ilə bağlı qərar yaxşı haldır. Bu, kitab sahəsində ciddi irəliləyişə səbəb ola bilər. Ölkədə uşaq dərsliklərinin və elmi-kütləvi ədəbiyyatın nəşrinə çox böyük ehtiyac var. Bu sahə üzrə çalışan nəşriyyatlara, naşirlərə dəstək verilməlidir. Müstəqil qəzetlərin maddi-texniki bazasının yaxşılaşdırılması da arzuolunan haldır. Çünki cəmiyyətin səsi daha çox azad mediada görünür.

Əsas şərtlərdən biri də odur ki, kağızların qiyməti və istehsal vasitələrinin qiyməti qalxmasın. Bu fonda Medianın İnkişafı Agentliyinin fəaliyyətini müsbət dəyərləndirirəm. Agentlik ardıcıl şəkildə maraqlı addımlar atır, treninqlər təşkil olunur. Eyni zamanda, media savadlılığının artırılması istiqamətində konkret işlərin görülməsi təqdirəlayiqdir. Agentliyin əsas işlərindən biri ölkədə azad mətbuatın inkişafına dəstək verməkdir. Jurnalistikanın inkişafı azad jurnalistlərin olmasından asılıdır. Bilirsiniz ki, bu yaxınlarda bir jurnalistə hücum oldu. Bu cür hallarda Medianın İnkişafı Agentliyi daha kəskin reaksiya verməlidir. Hər kəs bilməlidir ki, ölkədə jurnalist toxunulmazdır və onun apardığı araşdırmalar cəmiyyətin maraqlarına xidmət edir. Ona görə də jurnalistlərin təhlükəsizliyi təmin olunmalıdır. Bütövlükdə Agentliyin fəaliyyəti müsbətdir”.

Gülşən Şərif

www.yenicag.az

592
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv