!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Capital Group”un sahibi AXTARIŞA VERİLDİ - FOTO

!Reklam – Yazi

Rusiyalı iş adamı, “Capital Group” şirkətinin sahibi Pavel Tyo Qırğızıstanda axtarışa verilib.

Yenicag.az xəbər verir ki, bu barədə Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin mətbuat mərkəzi məlumat yayıb.

Bildirilir ki, rusiyalı iş adamı, “Capital Group” şirkətinin sahibi Pavel Tyo Kamçıbek Asanbekin (Kamçı Kolbayev) mütəşəkkil cinayətkar qrupunun maliyyələşdirilməsi ilə əlaqədar axtarışa verilib.

Pavel Tyo Qırğızıstanda dəstək və himayə almaq və birgə iş aparmaq üçün Kamçı Kolbayev və axtarışda olan mütəşəkkil cinayətkar qruplaşmanın üzvü Azim Royun nümayəndələri ilə əlaqə yaradıb.

Eyni zamanda, Pavel Tyo Kamçıbek Asanbekin kriminal statusunu bildiyindən sonuncunun Qırğız Respublikasında daşınmaz əmlakının tikintisinə maliyyə yardımı göstərib.

Pavel Tyo ilə bağlı Bişkekin Oktyabrski Rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib. Məhkəmə orqanının qərarı ilə o, cinayət təqibi üçün axtarışa verilib.

Yerli Milli Təhlükəsizlik Komitəsi sahibkarı beynəlxalq axtarışa verməyi planlaşdırır.

 

Xuraman Etibarlı

www.yenicag.az

147
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv