!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Çarəsiz sakinlər və İcra Hakimiyyətinin SUSQUNLUĞU: Söz verdilər, əməl etmədilər - ŞİKAYƏT

!Reklam – Yazi

İyun ayında Ağdam rayonunda dolu yağması nəticəsində evlərinə ziyan dəymiş sakinlər hələ də söz verilən yardımı almayıblar.

Yenicag.az-a bu barədə Ağdam rayonunun Səfərli qəsəbəsi, Çəmənli kəndi və digər kəndlərin sakinləri məlumat verib.

Zərərçəkənlərin sözlərinə görə, məsələ ilə bağlı Ağdam rayon icra hakimiyyətinin qarşısında aksiya keçiriləndən sonra komissiya yaradılıb. Zərər görmüş evlər və dəymiş zərər hesablanıb.

Məsələ ondadır ki, hadisənin üzərindən bir aydan çox vaxt keçməsinə baxmayaraq hələ də Rayon İcra Hakimiyyəti heç bir addım atmayıb.

Sakinlər bildirir ki, zərər hesablanan zaman onlara yaxın zamanda dəymiş ziyanın aradan qaldırılacağı barədə söz verilib. Ancaq İcra Hakimiyyəti tərəfindən heç bir addım atılmayıb.

Zərər görümüş evlərin sahibləri məsələnin həll edilməsi üçün ölkə rəhbərliyinə müraciət edəcəklərini deyiblər.

Səxavət Məmməd

www.yenicag.az

331
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv