!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cari ilin əhaliyə YÜKLƏDİKLƏRİ: "Ləğv edilən pensiya, zəncirvari qiymət artımı..." - Ekspert

!Reklam – Yazi

“Təhsil nazirinin açıqlamaları bu və ya digər formada vətəndaşların yüklənilməsi prosesinin getdiyini göstərir”.

Bu fikri yola salacağımız ildə Azərbaycan iqtisadiyyatına qısa baxış salan ekspert Nazim Bəydəmirli Yenicag.az-a açıqlamasında səsləndirib.

Nazim Bəydəmirli bildirib ki, vətəndaşlar üçün ötən il çox ciddi bahalaşma ilə yadda qalacaq:

“Hökumətin sosial siyasətində ciddi “kəmər sıxma” etdiyini gördük. Vətəndaşların daha çox yadında qalan əlillik və pensiyaların ləğvi olacaq. Yola salacağımız ildə işsizlik və yoxsulluq haqqında hökumətin verdiyi rəqəmlərə inanmamaqla yadda qalacaq. Eyni zamanda Azərbaycan iqtisadiyyatı üçün mühüm amillərdən bir neçəsi; işğaldan azad edilmiş ərazilərdə iki sənaye parkının salınması, hava limanının açılışı oldu. Şuşaya daha çox turist səfərləri ilə yadda qaldı. Vətəndaşlar üçün onların həyat şəraitinin yaxşılaşdırılması yönündə addımların atılması daha yaxşı olardı. Ötən ilin ilk günlərindən kommunal xidmətlərin qiymətlərinin yüksəlməsi, enerji daşıyıcılarının qiymətlərinin bahalaşması, zəncirvari qiymət artımı daha çox diqqət çəkdi. Hesab etmirəm ki, Azərbaycanın indiki durumu, potensialı vətəndaşların rifahını tam təmin edir.

Türkiyə ilə münasibətlərdə ikitərəfli güzəştlərin əldə edilməsi ticarət dövriyyəsinin artımı üçün çox əhəmiyyətlidir. Rusiya məhsullarından fərqli olaraq Türkiyə məhsullarına əlavə dəyər vergisi və gömrük rüsumları çox yüksəkdir. Bu yöndə atılan addımlar çox önəmli oldu. Ancaq yetərli deyil”.

Səxavət Məmməd

www.yenicag.az

517
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv