!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

CASCFEN “Türk dünyasının birliyində Heydər Əliyev amili” layihəsinin icrasını başa çatdırıb - FOTOLAR

!Reklam – Yazi

Layihə çərçivəsində eyniadlı növbəti beynəlxalq konfrans Naxçıvanda baş tutub.

Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Heydər Əliyev İli”nə həsr edilən qrant müsabiqəsinin qalibi olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində növbəti eyni adlı beynəlxalq konfransı oktyabrın 28-də Naxçıvanda keçirib.

Konfransın Bakıdan olan qonaqları və Naxçıvan Muxtar Respublikası (MR) Gənclər Fondunun rəhbər heyəti, o cümlədən, ziyalıların və gənclərin təmsilçiləri öncə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət ediblər. Həmçinin, Heydər Əliyev Muzeyində dahi şəxsiyyətin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

Naxçıvan MR Gənclər Fondunda işinə başlayan konfransı giriş sözü ilə CASCFEN-in sədri, Əməkdar Jurnalist Nadir Azəri açıb. İştirakçıları salamlayan Nadir Azəri Azərbaycanda ictimai sektora, QHT-lərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, bu layihənin həyata keçirilməsində verdiyi dəstəyə görə isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlıq edib.Sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən əziz şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni oxunub.Çıxışına davam edən Nadir Azəri “Bu gün türk dünyası birdir, bütövdür. Biz xoşbəxtik ki, bu birliyin, həmrəyliyin təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri nəticəsində qoyulub. Qeyd edim ki, layihə çərçivəsində beynəlxalq konfransın birinin Naxçıvanda keçirilməsi qərarı heç də təsadüfi deyil. Çünki 2021-ci il 12 noyabr tarixində İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının artıq Türk Dövlətləri Təşkilatı adı ilə fəaliyyətini davam etdirməsi haqqında qərar qəbul edilmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası isə məhz türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılmışdır”.

Mövzu ilə bağlı videoçarxın nümayişindən sonra söz tədbirin aparıcısı, layihə üzrə ekspert, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalıya verilib.

Həm Ulu Öndərin türk dünyasının birliyi uğrunda tarixi xidmətləri, həm də layihə ilə bağlı görülən işləri dəyərləndirən Əkbər Qoşalı deyib ki, 1 iyul-1 noyabr tarixləri arasında reallaşdırılan layihə gələcək nəsillərə Ulu Öndər Heydər Əliyevin türk dünyası qarşısındakı tarixi xidmətləri barədə daha dolğun məlumatların çatdırılmasına dəstək xarakteri daşıyır:

“Yəni layihənin icrası zamanı türk dünyasının dərin inteqrasiyasına, türk dövlətləri arasında birliyə aparan yolda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən reallaşdırılan siyasətin gələcək nəsillərə çatdırılması üçün müxtəlif tədbirlərin, o cümlədən (Bakıda və Naxçıvanda) iki beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulmuşdu. Bu gün biz artıq ikinci konfransımızı sizlərin iştirakı ilə Naxçıvanda keçiririk. Ümummilli Liderimizin 100 illik yubileyinin işığında və Azərbaycanın öz ərazi bütövlüyünü, suverenliyini tam bərpa etdiyi bir zamanda Naxçıvanda “Türk dünyasının birliyində Heydər Əliyev amili” mövzusunu müzakirə etmək çox qürurvericidir”.

Sonra çıxış edən Naxçıvan MR Gənclər Fondunun İcraçı direktoru, millət vəkili Cəbi Quliyev Ulu Öndərin anadan olmasının 100-cü ildönümü ilə bağlı Naxçıvanda silsilə tədbirlərin keçirildiyini xatırladıb.

O, qeyd edib ki, “Türk dünyasının birliyində Heydər Əliyev amili” adlı layihə çərçivəsində növbəti eyni adlı beynəlxalq konfransın Naxçıvanda keçirilməsi də bu baxımdan xüsusi önəm kəsb edir.

Çıxış edən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Layihələrin idarəedilməsi departamentinin müdiri Elnur Bağırlı ölkədə QHT sektoruna göstərilən diqqət və qayğıdan danışıb. Belə bir tədbirin Naxçıvanda keçirilməsinin əhəmiyyətinə toxunan Elnur Bağırlı Muxtar Respublikanın ali təhsil ocaqlarını, QHT-lərini, gənclərini Agentliklə əməkdaşlığı sıxlaşdırmağa çağırıb.Konfransda həmçinin Yeni Azərbaycan Partiyası (YAP) MR Təşkilatının şöbə müdiri Rail Tağızadə, “Naxçıvan” Universitetinin Elm, İnnovasiya və Beynəlxalq Əlaqələr üzrə prorektoru Rza Məmmədov, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsinin Ədəbiyyatşünaslıq şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov, Azərbaycan Yazıçılar Birliyinin və Naxçıvan Yazıçılar Birliyinin üzvü, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Əliyeva çıxış ediblər.

Tədbirdə Özbəkistanın İstanbuldakı keçmiş baş konsulu Abror Gulyamovun, Qazaxıstandan yazıçı-publisist Erkinbek Turqunovun, Türkiyənin Eskişehir Osmanqazi Universitetinin Humanitar və Sosial Elmlər Fakültəsi, Tarix kafedrasının müəllimi, Doç.Dr. Oktay Berberin videoçıxışları da təqdim edilib.

Çıxışlarda Ulu Öndər Heydər Əliyevn türk dünyası birliyinə gedən yolda göstərdiyi misilsiz fəaliyyətin müxtəlif aspektlərinə toxunulub. Qeyd olunub ki, Ümummilli Lider Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti yalnız Azərbaycanla məhdudlaşmayıb. Bu fəaliyyət Azərbaycanın hüdudlarından kənarda, bütövlükdə türk dünyasında dərin izlər buraxıb.

Çıxışların sonunda Cəbi Quliyevə CASCFEN-in təşəkkür plaketi təqdim edilib.

Beynəlxalq konfrans Nadir Azərinin təşəkkürü və Əkbər Qoşalının yekun sözləri ilə işini başa çatdırıb.

Xatırladaq ki, CASCFEN bununla 4 aylıq layihənin icrasını başa çatdırıb.

www.yenicag.az

218
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv