!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Cavab matçında mütləq qalib gəlməliyik” - Qurban Qurbanov

!Reklam – Yazi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində Belarusun BATE komandasına 0:1 hesabı ilə uduzduqları ilk matçı şərh edib.

Yenicag.az xəbər verir ki, 46 yaşlı mütəxəssis oyundan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Məğlub olmaq istəməzdik. Amma hələ ilk hissə bitib. Qarşıda 90 dəqiqəmiz var. Ola bilsin, başlanğıcda həyəcan vardı. Fasilədən sonra daha yaxşı oynamağa başladıq. Futbolda bəzən ilk, bəzən də ikinci hissədə çətin olur. Rəqib ilk hissədə hücumlar təşkil etdi və bundan da istifadə etdi. Hər bir komandanın öz oyun üslubu var. Çalışırdlar ki, bizə çətinlik yaratsınlar. Futbol səhvlər üzərində qurulub.

BATE düşündüyüm kimi oynadı. İlk növbədə böyük təcrübəni gördük. Sürətli hücumları vardı. Bu gün ot örtüyü əvvəlkindən daha pis idi. Amma meydan hər iki komanda üçün eynidir. Biz meydanı bəhanə edə bilmərik.

Avqustun 10-da Azərbaycan Premyer Liqasının I turunda “Zirə” ilə oyunumuz var. Bu görüşün təxirə salınmasına dair fikirim yox idi. Amma bu görüşdən sonra belə qərar gəldik. PFL və “Zirə”dən xahiş edəcəyik ki, oyunu təxirə salsınlar.

Qrupa düşmək üçün cavab matçında qalib gəlməliyik. Səfərdə vurulan bir qol hər şeyi dəyişə bilər. Cavab oyununda daha yaxşı çıxış edəcəyimizə inanıram. Amma heyətdə ciddi dəyişiklik olacağını düşünmürəm. Futbolçuların durumuna görə qərar verəcəyik. Soyuqqanlı şəkildə cavab oyununa hazırlaşmalıyıq”.

www.yenicag.az

1500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv