!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavabı Azərbaycanda olan SUAL: Fransanı regiondan çıxarmaq istəyən ölkə hansıdır? – Səxavət Məmməd yazır

!Reklam – Yazi

Cənubi Qafqaz dünyadakı böyük güclərin mübarizə ocaqlarından biridir. Zaman-zaman qüvvələr nisbəti dəyişir, ölkələr bir-birini əvəz edir, ancaq region əhəmiyyətini hər dövrdə qoruyub. Qərbin bu regionda təsiri həmişə olub.

İndiki məqamda bir çoxları deyir ki, “Fransa regiona daxil olmaq istəyir”. Məsələ ondadır ki, Fransa SSRİ dağılandan regionda olub və region Rusiya və Fransanın təsir dairəsində bölünmüşdü. Diqqət etsək, regionda baş verən hər hansı problemdə Fransanın dərhal hərəkətə keçdiyini görürük. Rusiya Gürcüstana hücum edən zaman Fransa prezidenti Sarkozi Tiflisə səfər etdi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi olan zaman ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri də Fransa idi.

Fransanın regiondakı mübarizəsi ermənipərəstliklə əlaqəli deyil. Düşünürəm ki, Fransa regiona daxil olmaq yox, regionda qalmaq üçün mübarizə aparır. Diqqət ediləcək bir məsələ isə Fransanın Cənubi Qafqazdakı fəaliyyətinə rəsmi Moskvadan cavab verilmir. Yalnız Ukrayna üzərindən Fransanın addımlarına Kreml Parisə cavab verir.

Fransanı bu regiondan sıxışdırıb, çıxarmaq istəyən ölkə hansıdır, bunu tapmaq lazımdır. Bunun cavabı isə Azərbaycanda gizlidir və həmin ölkəni Azərbaycanın müttəfiqləri arasında axtarmaq lazımdır. Bir məsələyə də diqqət etmək lazımdır. Regionda Fransanın daha çox təsir dairəsində olan ölkələr məğlubiyyətə məhkumdur. Gürcüstan Abxaziya və Cənubi Osetiyanı itirdi, Ermənistan isə bütövlükdə Qarabağı.

Azərbaycanın Rusiya ilə isti münasibətlər qurması tənqidlə qarşılanır. Məsələ ondadır ki, Rusiya ilə razılaşma olmadan bir çox məsələləri həll etmək mümkün deyildi. Birinci növbədə buna baxmaq lazımdır, Azərbaycanın Rusiya ilə əməkdaşlığı təslimçilikdir, yoxsa düşünülmüş və strateji hədəflərə hesablanıb? Qeyd edək ki, təslimçilik və kor-koranə əməkdaşlıq olsaydı, nə Qarabağ problemi öz həllini tapardı, nə də sülhməramlılar ərazini tərk edərdi. Yəni, Rusiya ilə dil tapmaq lazımdır. Artıq beynəlxalq mərkəzlər, Gürcüstandakı, hətta Ukraynadakı analitiklər belə etiraf edirlər ki, Azərbaycanın tutduğu xətti izləmək lazımdır. Yəni, təcavüzkarla aqressiv davranmaq üçün ən azı o gücdə olmaq lazımdır. Azərbaycan Rusiya ilə münasibətlərdə müəyyən boşluqlar tapır, onun üzərində işləyir və nəticə əldə edir. Siyasət özü də nəticəyə istinad edən sənətdir.

Qərbin önəmli analitik mərkəzləri belə proqnoz verirdi ki, Qarabağ problemi post-Putin dönəmi və ondan sonrakı iki il ərzində həll oluna bilər. Azərbaycanda partiya sədrləri olan “siyasi dələduzlar” isə bu fikri təkrar edirdi. Bundan əlavə, “bu hakimiyyət Qarabağı işğaldan azad edə bilməz” fikri də bu adamların cəmiyyətə təlqin etmək istədiyi təbliğatın əsas məzmununa çevrilmişdi. Bu fikirləri cəmiyyətə aşılamaq istəyirdilər ki, “Putin getsəydi, Qarabağ işğaldan azad olunardı”, “Azərbaycanda hakimiyyət dəyişilməzsə, Qarabağ məsəsləsi həll olunmayacaq” yalanlarına inadıra bilsinlər. Nə baş verdi? Qarabağ həm Rusiyadakı, həm də Azərbaycandakı hakimiyyətin dövründə işğaldan azad edildi. Bunları yazdığım üçün dünənə qədər mənə Amerikanın, Türkiyənin agenti deyənlər, indi də Rusiyanın agenti deyəcək, hətta “hakimiyyətə işləyir”, damğası da vuracaqlar. Onlar deyəcəklər, reallıqlar isə dəyişməyəcək.

Rusiya sülhməramlılarının Azərbaycandan çıxması ilə bağlı qərar açıqlanır, gah “Qərb etdi”, gah “Ərdoğan zəng etdi”, gah “hakimiyyət Putinə nəsə boyun oldu” kimi əsası olmayan fikirlər ortaya atılır. Bu, yalançı iddiaların kökündə kiçiklik sindiromunu təlqin etmək istəyi dayanır. Yəni, Azərbaycan üçün hamı hər şeyi edir, Azərbaycanın bundan xəbəri yoxdur. Belə dövlət olar, a kişi, onda bağlayaq getsin də. Kiçikliyin, acizliyin də bu qədəri…

Bu regionda sağ qalmaq üçün böyük düşünmək lazımdır. Böyük düşünmək “Caps lock”la yazmaq, “Çin səddi də bizimdir”, demək deyil. Böyük düşünmək strateji hədəf qoyub, ona doğru getmək, nail olmaqdır. Azərbaycanın strateji hədəfi suverenliyini təmin etmək idi. Bundan sonrakı hədəfi müəyyən etmək lazımdır. Faktiki olaraq Qarabağı qazanmaqla ideoloji boşluğa düşdük. İndi qarşıda duran məsələ ideoloji boşluğu doldurmaq lazımdır. Əgər qısa zamanda ideoloji boşluq doldurulmazsa, dini missioner cərəyanlar bu boşluğu doldurmağa çalışacaq. Dərhal bir neçəsi çıxacaq ortaya ki, ideoloji məsələlərlə bağlı tədbirlər keçiririk, işləyirik. Ay uşaq, topunu götür, get, o yanda oyna, ayrı şeydən danışıram…

Azərbaycannın Rusiya ilə yaxınlığı o demək deyil ki, Qərbi kəsib atmaq lazımdır. İsan hüquqları, azadlıqları barədə problemlər həll edilməlidir. Bunu da Qərbə xoş gəlmək üçün yox, ümumiyyətlə, fundamental şəkildə həll etmək lazımdır.

Səxavət Məmməd

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv