!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavanşir Feyziyev getdi, bəs Vüqar Səfərli? - "Nəticədən sonra qərar veriləcək" - MŞ sədrinin müavini

!Reklam – Yazi

“O məsələlər ki, məhkəmədədir və araşdırma gedir, bu barədə gözləmə mövqeyi tutulur”.

Bu fikirləri jurnalistləri təhqir edən Cavanşir Feyziyevin Mətbuat Şurasının İdarə Heyəti (İH) üzvlüyündən istefa verməsi fonunda ləğv edilmiş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) həbsdə olan sabiq icraçı direktoru Vüqar Səfərlinin nə üçün hələ də Şuranın İH üzvü olması barədə danışan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli Yenicag.az-a açıqlamasında deyib.

Müşfiq Ələsgərli bildirib ki, Vüqar Səfərlinin İH üzvlüyündən çıxarılması məsələsinə onun barəsində qəti məhkəmə hökmü verildikdən sonra baxılacaq:

“Mətbuat Şurasında vaxtilə bir neçə nəfərlə bağlı belə problemlər yaranıb. Cavanşir Feyziyevə Mətbuat Şurası adından təklif olundu ki, istefa versin. İstefa verməsəydi belə, onun məsələsinə baxılacaqdı. Çünki o hərəkətdən sonra onun Şurada qalması uyğun deyildi.

Vüqar Səfərli ilə bu məsələnin fərqi isə ondan ibarətdir ki, işi məhkəmə araşdırır və onunla bağlı qərar gözlənilir. Düzdür, ilkin instansiya məhkəməsində qərar verilib, amma digər instansiyalar da var. Uyğun tədbir görülməsi üçün məhkəmənin qərarı gözlənilir. Amma Feyziyevdə məsələ bir az fərqlidir. Bu fərq ondan ibarətdir ki, adam özü şüurlu şəkildə təhqiramiz ifadələr işlədib. Təhqirə yol verdiyi şəxslər arasında Azərbaycan mediasının tanınmış qələm adamları da var və bu məsələ artıq cavabsız saxlanıla bilməzdi. Burada əlavə araşdırmaya ehtiyac yoxdur. Hadisə göz qabağındadır, təhqirə yol verib və təhqirinin üstündə də durub. Şuranın İdarə Heyətində olan adamın bu cür hərəkəti yolverilməzdir. Burada məsələ konkretdir, qətidir. O baxımdan, qərar da konkret oldu. Şura sədri açıqlama verdi ki, bu hərəkətdən sonra Şurada qalmaq olmaz və özü başa düşüb istefa verdi, bizim əlavə toplanmağımıza ehtiyac qalmadı. O məsələlər ki, məhkəmədədir və araşdırma gedir, bu barədə gözləmə mövqeyi tutulur.

Belə vəziyyət Niyaz Niftiyevlə də bağlı baş vermişdi. O gedib haqqını sübut etdi və barəsində fərqli qərar çıxarıldı. Hüquq mühafizə orqanlarında, məhkəmələrdə proses gedir, araşdırmalar davam edir, ona görə də gözlənilir. Nəticədən sonra qərar veriləcək”.

Aqil Bəkir

www.yenicag.az

753
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv