!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavanşir Feyziyev üçün “çirkli pullar” BATAQLIĞI: “O zaman bizim hüquq-mühafizə orqanları dövrəyə girərək...” - ŞƏRH

!Reklam – Yazi

“Araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir”.

Bu fikirləri London məhkəməsinin Milli Məclisin deputatı Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus iri məbləğdə bank vəsaitini müsadirə etməsinin parlament üzvü ilə bağlı hüquqi prosedurlara başlanması üçün əsas yaradıb-yaratmadığını dəyərləndirən “Konstitusiya” Fondunun prezidenti Əliməmməd Nuriyev Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır.

“Şübhəsiz ki, çirkli pulların yuyulması ittihamı ilə bağlı hər halda, uzunmüddətli təhqiqatdan sonra belə bir qərar qəbul edilib. Yəni bu, tələsik qəbul edilmiş bir qərar kimi görünmür.

Çünki bildiyiniz kimi, əvvəl də mətbuatda bu məsələyə dair yazılar getmişdi. Lakin araşdırmaların davam edəcəyini nəzərə alsaq, bu barədə nəticə necə olacağı haqda indidən birmənalı fikir bildirmək çətindir.

Əgər ittihamlar tam sübut olunacaqsa, təbii ki, əmlakın müsadirəsi söhbəti aktuallaşa bilər. Eyni zamanda, ittihamda deyildiyi kimi, çirkli pulların yuyulması baş veribsə, Azərbaycan tərəfi də Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə öhdəliklərin icrasına nəzarət edən MONEYVAL Komitəsinin üzvü olaraq, bu işi nəzarətə götürəcək və iş araşdırılacaq.

Çünki çirkli pulların yuyulması ittihamı varsa, o işin mənbəyi, iştirakçıları, bağlılıqlar və sair detallar üzə çıxarılmalıdır. Yəni bütün o işlər bir sxem formasında baş verir. O baxımdan, yəqin ki müvafiq araşdırma aparılacaq. Lakin araşdırmanın nəticəsində cinayət işinin başlanıb-başlanılmaması isə artıq zaman məsələsidir, bunu proqnozlaşdırmaq həm mümkün deyil, həm də doğru olmazdı.

Hüquqda təqsirsizlik prezumpsiyası anlayışı var. Əvvəla, çirkli pulların yuyulmasında iştirak etmiş əsas fiqurlar tam şəkildə müəyyən olunmalıdır. İkincisi, başqa şəxslərin o işə aidiyyatının olub-olmaması istintaqın qarşısında duran əsas suallardandır. Bu məsələdə ailə üzvlərinin adı hallandığı üçün hörmətli deputatımız da yəqin ki öz münasibətini bildirəcək.

Böyük ehtimalla, Britaniya məhkəməsi bu işlə əlaqədar Azərbaycana, həmçinin varsa, başqa ölkələrə də uyğun sorğular göndərəcək. O zaman bizim hüquq-mühafizə orqanları dövrəyə girərək, müvafiq araşdırmaya başlayacaqlar”.

A.Zeynalov

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv