!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətindən getməsi artıq etika məsələsidir” – REAKSİYA

!Reklam – Yazi

“Deputatın onların ünvanına aşağılayıcı ifadələr səsləndirməsindən sonra həmin şəxslərlə eyni qurumda təmsil olunması nə dərəcədə doğrudur?”

Bu fikirləri Milli Məclisin deputatı, eyni zamanda Mətbuat Şurası İdarə Heyətinin üzvü Cavanşir Feyziyevin ölkənin tanınmış jurnalistlərini təhqir etməsindən sonra sözügedən media qurumundan uzaqlaşdırılmasının mümkünlüyünü dəyərləndirən Mətbuat Şurası İdarə Heyətinin üzvü Azər Həsrət Yenicag.az-a açıqlamasında deyib.

Onun fikrincə, deputatın məlum davranışından sonra Mətbuat Şurasında qalması heç bir halda doğru olmaz:

“Mətbuat Şurası İdarə Heyətinin üzvünün qurumdan çıxarılmasını tənzimləyən konkret müddəa yoxdur. Bununla belə, Cavanşir Feyziyevin tanınmış jurnalistləri və ictimai fəalları aşağılaması, onların ünvanına yolverilməz ifadələr işlətməsi artıq Nizamnamə pozuntusu kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, ləğv edilmiş KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərli də Mətbuat Şurası İdarə Heyətinin üzvüdür. O da hazırda azadlıqdan məhrum edildiyi üçün İdarə Heyətindən çıxarılmalıdır.

Bildiyiniz kimi, Feyziyevin aşağıladığı jurnalistlər arasında Mətbuat Şurası İdarə Heyətinin üzvləri də var. Deputatın onların ünvanına aşağılayıcı ifadələr səsləndirməsindən sonra həmin şəxslərlə eyni qurumda təmsil olunması nə dərəcədə doğrudur? O baxımdan, Cavanşir Feyziyevin Mətbuat Şurası İdarə Heyətindən getməsi artıq etika məsələsidir və özü istefa verməlidir.

Mətbuat Şurasının sədri Əflatun Amaşov koronavirusa yoluxduğu üçün bu məsələyə anında münasibət bildirmək imkanında olmadı. Lakin onun mediaya açıqlamasından belə anlaşılır ki, Feyziyev Bakıya qayıtdıqda bu məsələ müzakirə olunacaq. Ancaq bir daha deyirəm, Feyziyevin Mətbuat Şurası İdarə Heyətindən getməsi bir etika məsələsidir və o bu addımı atmalıdır”.

A.Zeynalov

www.yenicag.az

407
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv