!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cavanşir Məmmədov tamaşaçı ilə dalaşdı: "Yeri get buradan" - VİDEO

!Reklam – Yazi

Əməkdar artist Cavanşir Məmmədovla qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kamal Mustafanın “Təsir dairəsi” verilişindəki qalmaqalı davam edir.

Yenicag.az xəbər verir ki, proqramda studiyada oturanlardan biri müğənninin onlara pul təklif etdiyini iddia edib.

“Tamaşaçılara deyirdiniz ki, mənə tərəf danış, 100 manat verəcəyəm. Qorxurlar danışmağa. Hətta xanımlardan biri çıxanda dedi ki, 100 manatımı ver” deyə, qadın söyləyib.

Onun iddialarını yalan adlandıran ifaçı “Demişəm ki, haqqın tərəfin tutun” sözlərini söyləyib.

“Dediniz ki, burada 5-10 manata oturmayın”, – deyə, başqa bir qadın əlavə edib.

“Gözün gömgöydür, utan gözünün qarasından”, – deyə C.Məmmədov qadını təhqir edib.

Qeyd edək ki, C.Məmmədov Mustafanın ondan külli miqdarda pul aldığını və qaytarmadığını iddia edib. Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib./Axsam.az/

www.yenicag.az

457
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv