!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cavanşir Məmmədovun keçmiş kürəkəninə HÖKM OXUNDU

!Reklam – Yazi

Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirə Məmmədovanın qeyri-rəsmi nikahda yaşadığı keçmiş həyat yoldaşı Mustafa Kemal İbilinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

Yenicag.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, M.Kemal İbili dələduzluqda təqsirli bilinərək 6 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.

O, məhkəmə zalında həbs edilib.

Xatırladaq ki, prokuror 8 il azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb.

www.yenicag.az

198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv